Accessibility links

Braziliya prezidentinin rabitə müşavirinə koronavirus diaqnozu qoyulub


Braziliya prezidenti Ceir Bolsonaronun rabitə müşaviri Fabio Vaynqartenə ikinci dəfə test edildikdən sonra koronavirus diaqnozu qoyulub.
Bu barədə cümə axşamı prezidentin rabitə idarəsindən bildirilib.

Bolsonaronu Birləşmiş Şatlara son səfərində müşayiət edən Fabio Vaynqartenin Donald Trampın yanında dayandığı foto-şəkli Instagram-a yerləşdirilib. Braziliya ABŞ rəsmilərinə testin nəticəsi barədə məlumat verildiyini bildirib.

ABŞ prezidenti Donald Tramp cümə axşamı Braziliya prezidenti Ceir Bolsonaro və xəstələnən bir hökumət rəsmisi ilə birlikdə yemək yedikdən sonra koronavirusa yoluxacağından narahat olmadığını deyib.

Avropa Birliyi ölkələri vətəndaşlarının ABŞ-a səyahəti ilə əlaqədar məhdudiyyətlər elan etdikdən bir gün sonra Tramp 126 min insanın yoluxduğu virusun təsirinə məruz qala biləcəyinə dair iddiaları rədd edib.

XS
SM
MD
LG