Accessibility links

Braziliyada nümayişçilər prezident Russefin istefasını tələb edirlər


Buna səbəb Dilma Russefin korrupsiya qalmaqalı, eləcə də ölkənin zəif iqtisadiyyatı və artan inflyasiyadır

Dünən Braziliyada on minlərlə etirazçı küçələrə çıxaraq prezident Dilma Russefin istefasını tələb edib. Buna səbəb xanım Russefin korrupsiya qalmaqalı, eləcə də ölkənin zəif iqtisadiyyatı və artan inflyasiyadır.

Xanım Russefə qarşı ictimai qəzəbin əsas səbəbi dövlət neft şirkəti Petrobrasdakı rüşvət qalmaqalıdır. Prokurorlar bunu Braziliyada ifşa olunan ən böyük korrupsiya qalmaqalı kimi qiymətləndirir. Şişirdilmiş Petrobras müqavilələri müqabilində ölkənin nəhəng inşaat və mühəndis şirkətləri tərəfindən azı 800 milyon dollar rüşvət ödənib.

Bu əməllərin bəzisi xanım Russefin Petrobras idarə heyətinin sədri olduğu dövrdə baş verib. Prezidentin yaxın çevrəsi və sabiq Petrobras idarəçiləri daxil olmaqla onlarla siyasi xadim istintaqa cəlb olunsa da, xanım Russef özü bu prosesdən kənarda qalıb.

Dilma Russefin üzləşdiyi çətinliklərdən biri ölkənin zəif iqtisadiyyatıdır. Bir vaxtlar Braziliya Cənubi Amerikanın ən sağlam iqtisadiyyatlarından birinə malik olsa da, indi ölkə iqtisadiyyatı tənəzüllə doğru gedir.

Bazar günü keçirilən etiraz aksiyaları ölkə boyu Russefə qarşı keçirilən üçüncü nümayişdir.

Artan siyasi böhran Braiziliyanın gələn yay keçiriləcək Yay Olimpiadasına hazırlaşdığı vaxta təsadüf edir.

Prezidentliyinin ikinci dövrünün başlamasından bir il sonra bir vaxtlar populyar olan prezidentin rəy sorğularındakı dəstək göstəriciləri çox aşağıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG