Accessibility links

Etirazçılar Braziliya prezidentinin impiçmentinə çağırır


Braziliya prezidenti Ceir Bolsonaronun koronavirusa görə özünü təcrid etməsi onun istefasını tələb edən etirazçılar tərəfindən ona heç bir rəğbətin olmadığını göstərir.

Bolsonaronun pandemiyaya reaksiyasından hiddətlənən nümayişçilər çərşənbə axşamı paytaxtda Braziliya Konqresi qarşısında COVID-19 qurbanlarını təmsil edən xaçlar yerləşdirib.

Həmkarlar ittifaqları üzvləri, yerli xalqlarıın nümayəndələri və LGBT fəallarından ibarət olan etirazçılar Konqresə prezidentin impiçmentinə çağıran petisiya təqdim edib.

Bolsonaro pandemiyanın təsirlərini azaltdığına görə geniş tənqid edilib. Yerli xalqların lideri Kritan Kainqan nümayişçilərin pandemiya zamanı ölən döyüşçülərə də ehtiram bildirmək istədiklərini deyib.

Braziliya koronavirusdan 74 mindən çox təsdiqlənmiş ölüm halları ilə dünyada ABŞ-dan sonra ikinci yerdədir.

Bu günə qədər Braziliyada koronavirusa iki milyona yaxın insan yoluxub.

Dünyaya Baxış

Dünyaya Baxış. Qadın hüquqları fəalı azyaşlının zorlanmasına etiraz edib
please wait

No media source currently available

0:00 0:10:01 0:00

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG