Accessibility links

Mobil əlavə insanları təhlükəli yerlər haqqında xəbərdarlıq edir


Mobil əlavə insanları təhlükəli yerlər haqqında xəbərdarlıq edir
please wait

No media source currently available

0:00 0:02:08 0:00

Braziliya könüllüləri OTT adlı mobil əlavə hazırlayıblar. Portuqalca “Harada Atışma Var?” mənasını verən bu aplikasiya Instagram, Twitter, Facebook və digər sosial media saytlarına xəbərdarlıqlar göndərir.

“Bunu deməyə davam edirəm. Mənə milyon “like” yox, xilas edilmiş həyatlar lazımdır.”

Qrup deyir ki, bu xəbərdarlıqları təxminən 3 milyon nəfər görür. Bu isə Rio de Janeyro əhalisinin yarısı deməkdir.

“Bizim vəzifəmiz kimisə həbs etdirmək deyil. Bizim nə polislə, nə də ki, cinayətkarlara ünsiyyətimiz yoxdur. Məqsədimiz küçədə gəzən insanları potensial təhlükə haqqında məlumatlandırmaqdır.”

Burada ilin ilk yarısı baş verən cinayətlər keçən ilin eyni dövrü ilə müqayisədə 11 faiz artıb. 2017-ci burada öldürülən insanların sayı 2,300 nəfər təşkil edib.

“Hər gün atışmalar olur. Elə bir gün olmur ki, polis hər hansı bir ərazidə atışma ilə bağlı məlumat verməsin. Polislərin sayı azdır. Səmərəli bir planın hazırlanması üçün də vəsait çatışazlığı mövcuddur. Bu səbəbdən problemin qısamüddətli həlli yoxdur. ”

Keçən ilki Olimpiya Oyunları ərəfəsində Amensty İnternational “Crossfire” adlı mobil əlavə hazırlanmasına sponsorluq etmişdi. Sesilia Oliveyra bu təşkilatın məsləhətçisidir.

“İnsanlar sosial media vasitəsilə bizimlə əlaqə saxlayır və bizə məlumat ötürürlər. Bəzən onlar “baxın, mən indicə atışma yerindən keçdim.” bəzən isə “burada vəziyyət artıq sakitləşib” deyirlər... Bu applikasiyanın istifadəçilərini sayı günü-gündən artır.”

Silahlı atışmalar, onların yeri, xəsarətlər, tələflər və digər əhəmiyyətli məlumatlar istifadəçilər tərəfindən verilir. Bu mobil əlavə həm də hadisələr haqqında statistik hesabatlar hazırlayır. Belə ki, şəhər atışmalar haqqında məlumatları toplamır.

Yanlış xəbərdarlıqlara yol verməmək üçün icraçılar ciddi əməliyyat standartlarına riayət edirlər.

XS
SM
MD
LG