Dünən Braziliyanın ən böyük korrupsiya qalmaqalında ictimaiyyətə yeni açıqlanan əsas şahid ifadəsində ölkənin müvəqqəti prezidenti Mişel Timerin qalmaqalla əlaqəsi olduğunu bildirib.
Petrobras dövlət neft şirkətinin sabiq icraçı direktoru Serhio Makadonun sözlərinə görə, Timer şirkətdən özünün və partiyanın digər üzvlərinin siyasi kompaniyalarının maliyyələşdirilməsi üçün pul istəyib.
Makado konqresmen Qabriel Çalitanın siyasi kampaniyasını maliyyələşdirmək üçün Timerin onunla görüşərək 431 min dollar istədiyini söyləyib.
Sabiq direktor habelə Mişel Timer və başqa 10 siyasətçiyə rüşvət verdiyini bildirib. Həmin siyasətçilərin bir qismi Timerin də üzv olduğu mərkəz-sağçı PMDB partiyasının üzvləridir.
Timer lazım olandan 2 milyard əlavə vəsait mənimsənilmiş Petrobras qalmaqalı ilə bağlı bütün ittihamları rədd edib. Timer adminstrasiyası Makadonun Ali Məhkəmədəki ifadəsinin tamamilə yalan üzərində qurulduğunu bəyan edib.