Accessibility links

Mişel Temer ona qarşı ittihamları əsassız adlandırır


Braziliya prezidenti Mişel Temer ona qarşı qaldırılan korrupsiya ittihamlarını “serial süjeti” adlandırıb.

Temer baş prokuror Rodriqo Yanotu “qisas” almaqda günahlandırıb.

“Bu pulların alındığına dair dəlillər hardadır? Onlar mövcud deyil. Əslində bu ittihamlara nəzər salanda gördüm ki, onlar cinayət məcəlləsini dəyişib və ora yeni kateqoriya əlavə edib.”

Yanot prezidenti rəsmi olaraq bu ilin əvvəli ət məmulatları şirkətinin keçmiş rəhbərindən 150 min dollar rüşvət almaqda ittiham edib.

O həmçinin Temeri başqa cinayətlərə, o cümlədən ədalətin əngəllənməsinə görə istintaqa cəlb edib.

Bu yaxınlarda Temerin korrupsiya ittihamları səbəbilə həbs olunan nümayəndələr palatasının keçmiş spikeri və prezidentin müttəfiqinə susmaq müqabilində pul verməyi müzakirə etdiyi səs yazısı yayılıb.

Braziliya konqresinin aşağı palatası olan Deputatlar Palatası Temeri vəzifədən kənarlaşdırıb, rüşvət ittihmarına görə mühakimə edib-etməməyə dair qərar verəcək.

Temer ötən il keçmiş prezidenti Dilma Russef impiç ediləndən və büdcə qanunlarını pozmaqda ittiham olunandan sonra hakimiyyətə gəlib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG