Accessibility links

Braziliyada polislərlə nümayişçilər arasında yenə qarşıdurma baş verib


Braziliyada məşhur rəqqas Duqlas Rafael Da Silva Pereiranın ölümünə reaksiya verən Rio de Janeyro şəhərinin gecəqondu bölgələrinin sakinləri və polis arasında toqquşma olub.

Hadisə Braziliyanın Pavao-Pavaozinho şəhəri yaxınlığında, okean sahilində yerləşən turist ziyarətgahı olan Kopakabana kurortunda baş verib. Polis sakinlərin yanğın törətməyə cəhd etməsi və küçələrə butulkalar atması nəticəsində küçə nəqliyyatını dayandırmaq məcburiyyəti qarşısında qalıb.

Qarşıdurma Brazilİyanın Qlobo televiziyasında rəqqas Rafael da Silvanın ölüm xəbərinin yayılmasından sonra baş verib. Sakinlər 25 yaşlı rəqqaasın ölümündə polisi günahlandırır. Polis dünya futbol çempionatı və 2016-cı ildə Yay Olimpiya oyunlarına hazırlıqların getdiyi şəhərdə narkotik maddələr mübadiləsi ilə məşğul olan cinayətkar qrupdan təmizləmək məqsədi ilə reydlər keçirir.

Yerli mətbuatın xəbərlərinə görə hadisə zamanı bir nəfər həlak olub.

Son bir neçə aydır Rio de Janeyro hökümətin səhiyyə, nəqliyyat və təhsil sahələrinə laqeyd münasibət göstərib qarşıdan gələn dünya çempionatı kimi qlobal idman lahiyələrinə üstünlük verməsi ilə əlaqədar etiraz aksiyalarına səhnə olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG