Brazilya prezidenti Dilma Russeff ölkəsinin Dünya futbol çempionatının keçirilməsinə hazır olduqlarını bildirib və tədbirin keçirilməsi üçün külli miqdarda vəsaitin sərf edildiyi ilə bağlı tənqidləri rədd edib.
Son aylar çempionatın oyunlarının keçiriləcəyi 12 şəhərdə stadionların inşası və nəqliyyat lahiyələrinə 11 milyard dolların xərclənməsinə etiraz edən nümayişçilər aksiyalar keçirib. Nümayişçilər səhiyyə və təhsil kimi başqa sahələr üçün vəsaitin bu lahiyələrə axdığını və yüksək xərclərin arxasında rəsmi korrupsiyanın olduğunu iddia edir.
Xalqa televiziya ilə müraciətinə xanım Russeff futbol çempionatının başa çatdıqdan sonra ölkəsinin infrastruktur lahiyələrindən faydalanmağa davam edəcəyini deyib. O həmçinin korrupsiyada əli olanlara qarşı ölçülər götürüləcəyini vurğulayıb. Prezident Dilma Russeff əlavə edib ki, problemlərə baxmayaraq, Braziliya dünya futbol kuboku uğrunda yarışların keçirilməsinı hazırdır və dünya ölkələrinin komandalarını qarşılamasını səbirsizliklə gözləyir.