Accessibility links

Xərçəngə qalib gələn qadın [Video]


Xərçəngə qalib gələn qadın
please wait

No media source currently available

0:00 0:02:30 0:00

Döş xərçəngi dünya boyu qadınlar arasında ən geniş yayılmış xərçəng növüdür. Son bir neçə onillər ərzində yeni müalicə formaları və erkən diaqnostika bu xəstəlikdən sonra sağ qalmaq şansının artmasına gətirib çıxarıb. Lakin döş xərçəngindən müalicə olunan 86 yaşlı bir qadın bunun səbəbinin sevdiyi idman növünün olduğunu düşünür.

Rita Ayzenberq ömrü boyu sağlam həyat tərzi sürüb. O, həyatının çox hissəsini üzgüçülüklə məşğul olub. “Uzun illərdir üzürəm və düşünürəm ki, ölkənin demək olar bu başdan o başına qədər üzmüşəm” deyə, Rita bildirir.

Lakin 1980-ci ildə Ritaya döş xərçəngi diaqnozu qoyulur. O vaxt onun 49 yaşı var idi. O. üç oğlu ilə xoşbəxt ailə həyatı yaşayırdı. “Elə bil birdən pərdə açıldı. Məndə döş xərçəngi var? Bu necə ola bilər? Həkim mənə bir neçə seçim olduğunu dedi. Lakin mən “yox, heç nə etmək istəmirəm” dedim. Lakin o dedi ki, bu, seçim deyil.”

Ritaya mastektomiya əməliyyatı olmuşdu, bundan sonra isə o çox nadir rekonstruktiv cərrahiyyə əmliyyatından keçdi. Lakin xərçəng iki ildən sonra yenidən qayıtdı. Radiasiya kursları remissiyaya səbəb oldu. Artıq 30 ildən artıqdır onda xərçəng yoxdur.

Rita ən ağır vaxtlarda üzməyin ona yardım etdiyini deyir. “Qolum qalxmırdı, bir müddərtdən sonra qolumu qaldıra bildim. Bu, vaxt apardı. Mən radiasiya alanda belə üzürdüm. Bu mənə yardım etdi. Bəzi insanlar meditasiya ilə məşğul olur, mən isə üzürəm.”

Oğlunun tövsiyəsi ilə Rita yeni mərhələyə qədəm qoyur. Oğlu onu "Yaşlılar Arasında Olimpiya Oyunları"na qatılmağa razı salır. “O mənə bunu deyəndə, mən dedim yox, mən rəqabətə girə bilmərəm. O isə dedi ki, rəqabətə girmək lazım deyil, sən yalnız üz. Mən razı oldum. Üzməyə başlayanda özüm də bilmədən rəqabətə girib, elə bil özüm-özümü itələyirdim.”

Beləliklə, Rita Merilend ştatında iki qızıl və bir gümüş medal, milli yarışlarda isə 4-cü yeri qazandı. Ritanın oğlu Adam Ayzenberq: “O, "Yaşlılar Arasında Olimpiya Oyunları"ndan qayıdanda özü ilə iki qızıl, bir gümüş medal gətirdi. Və onu məcbur etdiyim üçün o mənə minnətdarlığını bildirdi.”

Xərçənglə mübarizə aparanlara Ritanın bəzi məsləhətləri var: dəstəyi qəbul edin, aktiv olun və stresdən uzaq durun.

XS
SM
MD
LG