Accessibility links

Bred Pitt spirtli içkidən istifadəni dayandırdığını bildirib


Bred Pitt Ancelina Colidən boşandıqdan sonra özünü toparlamağa çalışdığını deyir.

“People” jurnalı yazır ki, aktyor “GQ Style” dərgisinə içkini dayandırdığını və terapiyaya başladığını deiyb.

“Mən içkiyə çox aludə olmuşdum… artıq bu ciddi problem olmağa başlamışdı. Yaxşı ki, yarım il keçib və mən özümü o qədər də pis hiss etmirəm,” Pitt deyib.

Şəxsi təyyarədə baş verən mübahisəyə spirtli içkinin səbəb olub-olmadığı aydın deyil.

“Sözün düzü, mən hər kəsdən xəbərsiz içə bilirdim. Yəni professionallığımı itirmədən. Amma mən daha belə yaşamaq istəmirəm,” o, əlavə edib.

Pitt qeyri-sağlam qüsurları, kompleksləri üzərində işlədiyini etiraf edib. Və əgər siz “Nə kompleks?… Sən Bred Pitsən” düşünürsünüzsə. Pitt GQ jurnalına “Mən bilirəm ki həyatda bəxtim gətirib. Elə bil ki, lotoreya udmuşam. Və bütün bunlara baxmayaraq, mən özümdə olan kiçik qüsurlara fikir verirəm” deyib.

Hər halda Pittin öz qüsurlarını görməsi və onların üzərində işləməsi müsbət haldır.

XS
SM
MD
LG