Accessibility links

Avropa İttifaqı Brexit danışıqlarında irəliləyişin olduğunu elan etdi


Britaniya və Avropa İttifaqı cümə günü ölkənin blokdan çıxması şərtləri ilə bağlı irəliləyişlər əldə olunduğunu elan ediblər.

Brüsseldə Britaniyanın baş naziri Tereza Mey ilə yanaşı çıxış edən Avropa Komissiyası prezidenti deyib ki, Brexit prosesi artıq ticarət danışıqlarına keçə bilər.

Avropa Komissiyasının prezidenti Jan Klod Yunker deyib: “Avropa Şurası tərəfindən mənə verilən mandat əsasında onu bildirə bilərəm ki, komissiya ölkənin ayrılması şərtləri ilə bağlı ciddi irəliyişlərin əldə edildiyini Avropa Şurasında tövsiyə etməklə bağlı nəticəyə gəlib.”

Britaniyanın baş naziri Tereza Mey xəbərdən məmnunluğunu ifadə edib. “Mən prosesin növbəti mərhələyə, ticarət danışıqlarına və hər birimiz üçün müsbət və iddialı gələcəyin müzakirələrinə keçməsi alqışlayıram,” o deyib.

Həftəsonu Brüsseldə keçiriləcək görüşdə Avropa İttifaqı liderlərinin Britaniya ilə maliyyə şərtləri, İrlandiya sərhədləri və Brexit-in təsir edəcəyi insanların hüquqları ilə bağlı əldə edilmiş razılıqları tövsiyə edəcəyi gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG