Accessibility links

Britaniyada Brexit-ə qarşı, mərkəzçi siyasi partiya təsis edilir


Britaniyanın Avropa Birliyindən çıxışına qarşı olanlar yeni, anti-Brexit siyasi partiyası təsis etmək niyyətindədirlər.

Brexit katibi Deyvid Deyvisin sabiq köməkçisi Ceyms Çapman Brtiyaniyanın 28 ölkənin blokundan ayrılmaq qərarının ən tanınan tənqidçilərindən birinə çevrilib.

O, yeni mərkəzçi siyasi partiya yaratmaq niyyətinin səbəbini həm iqtidarda olan mühafizəkarların, həm də müxalif leyboristlərin Avropa Birliyindən çıxmaq qərarı ilə razılaşması ilə izah edir.

Çapman cümə günü deyib ki, “hal-hazırda Britaniya siyasətinin mərkəzində böyük boşluq var və bu boşluq anti-Brexit qüvvələri tərəfindən doldurula bilər.”

Sabiq baş nazir Toni Bleyer də bütün partiyaların Avropa Birliyi tərəfdarları üzvlərinən birləşməsinə çağırıb.

Britaniyanın Avropa Birliyinidən çıxması prosesi 2019-cu ilin martına qədər tamamlanacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG