Avropa İttifaqına üzv ölkələrinin Britaniyada yaşayan 3,5 milyon və Avropada yaşayan 1 milyondan artıq Britaniya vətəndaşı üçün indi həyəcanlı bir vaxtdır. Onları gələcək statusları və Brexitin evləri və işlərinə nə kimi təsir göstərəcəyi naraht edir. Bəzi insanlar psixoloqların yardımına müraciət edir.
Britaniya parlamentin Yelizaveta qülləsinin təmiri kimi Brexit də prosesdə olan bir məsələdir. Sual isə hansının birinci yekunlaşdırılmasındadır.
3,5 milyon avropalı Britaniyada, yarım milyon britaniyalı Aİ-na üzv 27 ölkədə yaşayır. Bu, olduqca stresli bir vaxtdır. İnsanlar səhiyyə xidmətləri, iş yerləri, hətta evlərini itirəcəyindən qorxur. Belə ki, onların rezidentliyi havadadır.
"Bizim təklifimiz Britaniyada yaşayan 3 milyon avropalının gələcək statusları ilə bağlı əminliyi təmin edəcək. Eyni əminlik Aİ-da yaşayan bir milyon britaniyalıya da şamil edilir” - deyə, britaniyanın baş naziri Teraza Mey bildirib.
Bir çoxları üçün bu, təskinlik deyil.
"Tereza Mey çox vədlər verir. Lakin əslinə baxanda, onun sözləri etibarlı görünmür”-deyə alman müəllimə KozimaDerfel Hill bildirib.
Aİ vətəndaşları Britaniyada on illərlə yaşasa da, yenidən yaşayış icazəsi almalıdır. Qanuniləşdikdən sonra onlar həmin ölkədə qala biləcək.
Bu nigaranlıq bəzilərini psixoloqların yardımına müraciət etməyə vadar edib.
"Problem Brexit ətrafındakı qeyri-müəyyənliklə bağlıdır. Bu, insanları həyatlarına, ölkələrindəki ailələri və işləri ilə bağlı ciddi stresə salır " - deyə, doktor Zain Sikafi bildirib.
Brexit Aİ-nın on minlərlə vətəndaşının kütləvi köç etməsinə səsəb olub. Lakin milyonlarla digəri ev adlandırdıqları yerdə qalmaq istəsə də, bunun mümkün olmayacağından qorxur.