Accessibility links

Dünyanın 14-cü ən böyük brilyantı Nyu-York hərracında satılıb


Dünyanın 14-cü ən böyük brilyantı Nyu-York hərracında 6.5 milyon dollara satılıb.

Sierra-Leone hərracdan əldə edilən vəsaitin inkişaf layihələrinə sərf ediləcəyini bildirib.

Hökumət işlənməmiş 709 karatlıq “Sülh brilyantı”na əvvəlcə 7 milyon dollardan artıq təklifi rədd edərək, bunun uyğun dəyər olmadığını bildirmişdi.

Brilyant ilk dəfə Sierra-Leonenin paytaxtı Fritaunda hərraca çıxarılmışdı.

Bu nəhəng daş hökumətə mart ayında xristian bir keşiş tərəfindən bəxş edilib.

XS
SM
MD
LG