Accessibility links

Britaniya miqrant axınının qarşısını almağa çalışır


Britaniya miqrant axınının qarşısını almağa çalışır
please wait

No media source currently available

0:00 0:03:00 0:00

İnsan haqları qrupları Britaniyanı sahillərinə gələn miqrantların sayını azaltmaq üçün İtaliyanın yanaşmasını təkrarlamamağa çağırıb. Çox sayda insan La-Manş boyunca kiçik qayıqlarla Britaniyaya keçmək istədiyi üçün ölkənin baş naziri Keir Starmer bu həftə miqrasiya ilə mübarizədəki uğurları haqqında daha çox məlumat əldə etmək üçün Romaya səfər edib.

Fransanın Kale limanı yaxınlığındakı müvəqqəti düşərgədə əksəriyyəti sudanlı miqrantlardan ibarət bir qrup Britaniyaya keçmək üçün fürsət gözləyir.

Keçən həftə kiçik qayıqlarla La-Manş boğazını keçərkən 8 nəfər boğularaq ölüb. Adının açıqlanmasını istəməyən miqrantlar deyirlər ki, bu, onları çəkindirmir. "Burada hamı qorxur, amma biz bu riskə getməliyik, çünki Britaniyaya çatmaq istəyirik. Heç bir yol yoxdur, başqa yol yoxdur” - deyə, sudanlı miqrant bildirir.

Bu il Fransadan 22 mindən çox miqrant kiçik qayıqlarda La-Manş boğazını keçib. Təkcə ötən şənbə günü 800-dən çox insan gəlib.

Bu, böyük siyasi məsələyə çevrilib. Baş nazir Keir Starmer İtaliyanın Şimali Afrikadan Aralıq dənizi vasitəsilə gələn miqrasiyanı azaltmağa necə nail olduğunu öyrənmək üçün bu ölkəyə səfər edib. Britaniyanın baş naziri Keyr Starmer: "Siz miqrasiya marşrutları olan ölkələrlə bərabər işləyərək, miqrasiyanın səbəblərini mənbələrdə həll etmək və bununla mübarizə aparmaqda nəzərəçarpacaq irəliləyiş əldə etmisiniz. Nəticədə 2022-ci ildən bəri İtaliyaya dəniz yolu ilə qeyri-müntəzəm gəlişlər 60% azalıb. Beləliklə, mən burada əməkdaşlığımızı dərinləşdirməyimizdən məmnunam".

İtaliya miqrantların sahillərini tərk etməsinin qarşısını almaq üçün Liviya və Tunislə milyonlarla dollarlıq müqavilələr bağlayıb. İnsan haqları qrupları həmin ölkələri miqrantlardan geniş miqyasda sui-istifadə etməkdə ittiham edir.

Roma da keçən il Albaniya ilə minlərlə sığınacaq axtaran şəxsin yoxlanışdan keçməsi üçün oraya göndərilməsi ilə bağlı müqavilə imzalayıb. İtaliyanın baş naziri Corcia Meloni: "Bu işə yarayarsa, ümid edirəm ki, elə də olacaq, bunun miqrasiya axını ilə mübarizə aparmaq üçün yeni bir üsul ola biləcəyini hamı başa düşəcək."

Tənqidçilər İtaliyanın bu yanaşmasını şübhə altına alır. Amnesty International-ın Böyük Britaniya üzrə icraedici direktoru Saça Deşmux: "Amnesty İnternational İtaliyanın beynəlxalq hüquqi öhdəliklərinə və yanaşma elementlərindəki insan haqları öhdəliklərinə əməl edib-etməməsi ilə bağlı dərin narahatlıq keçirir. Britaniya kimi ölkələrin iddialarını düzgün, lakin sürətlə nəzərdən keçirən və bir çox hallarda dəhşətli vəziyyətlərdən qaçan insanlarla humanist davranan işlək bir sığınacaq sisteminə sahib olacaqlarına ümid edirik."

Britaniya polisin Fransa sahillərində gücləndirilməsi üçün son üç ildə Fransaya təxminən 600 milyon dollar ödəyib. Lakin miqrantların sayı artmaqda davam edir.

Starmer deyib ki, onun diqqəti sığınacaq ala bilməyənlərin öz ölkələrinə qaytarılmasına və qaçaqmalçılıqla məşğul olan bandaları “məhv etmək” üçün daha yaxşı kəşfiyyata və polisə yönələcək.

Forum

XS
SM
MD
LG