Accessibility links

Britaniya müsəlmanları dinləri əleyhinə əhval-ruhiyyənin artmasından qorxur [Video]


Britaniya müsəlmanları dinləri əleyhinə əhval-ruhiyyənin artmasından qorxur
please wait

No media source currently available

0:00 0:02:44 0:00

Britaniya polisi keçən həftənin şənbə günü London körpüsü yaxınlığında 7 nəfərin ölümü ilə nəticələnən terror hücumunda əli olan 3 nəfərdən ikisinin kimliyini müəyyən edib. Onlardan biri 27 yaşlı Xurəm Şazad Batt, digəri isə 30 yaşlı Rəşid Ridvanidir. Onların hər ikisi Londonun şəqrindəki Barkinq məhəlləsində yaşayırdı.

Londonun kənarında yerləşən Barkinqdə müxtəlif mədəniyyətlər bir araya gəlib. Lakin keçən həftənin şənbə günü terror hücumunun buranın sakinləri tərəfindən törədilməsi icmanı sarsıdıb.

Hücumçulardan biri, 27 yaşlı Xurəm Şazad Batt iki uşağı və həyat yoldaşı ilə bu məhəllədəki binada yaşayırdı. Binanın sakinlərindən biri iki il əvvəl həmin şəxsdən oğlu parkda digər uşaqlarla oynayarkən ona İslamı qəbul etdirməyə çalışdığına görə polisə şikayət etdiyini deyib.

Xurəm Şazadı tanıyan yerli sakinlərın dediyinə görə, o əvvəllər yaxınlıqdakı Cabir Bin Zeyd məscidində ibadət edib, lakin sonradan məscidin imamı tərəfindən qovulub.

İcma liderləri yerli məscidlərin hücumu qınadığını deyir. “Bütün icmaların liderləri, məscid rəsmiləri, hamı bu terror hücumunu pisləyir. Eləcə də icma sakinləri ciddi olaraq baş verənlərə görə narahatdır, çünki bu onlara mənfi təsir edir” deyə, "Bangladesh Worldwide" qəzetinin müxbiri Muxleşur Çovduri bildirir.

Məscidlə üzbəüz İngiltərə Müqəddəs Marqarita kilsə məktəbinin qarşısındakı Britaniya bayrağı yarıya qədər endirilib. Yaxınlıqda Şəqri London-Sikx Qurdavara görünür.

Barking sakinləri həmişə mehriban yaşadıqlarını deyir. Lakin indi bəziləri qorxu içərisindədir. Cuzeppe Frisenda: “Düzünü deyim, qorxuram. Mən dayanacağa getməyə, avtobusa minməyə qorxuram.”

Müsəlman icması şənbə günü həyata keçirilən hücumla heç bir əlaqəsi olmadığını bildirib. Çoxları hadisələrdən sonra onların dini əleyhinə əhval-ruhiyyənin artmasından qorxur. Barkinq sakini Məhəmməd Zəki: “Burada hamı mehriban yaşayır. Burada ekstemizm yoxdur. Yalnız Britaniya deyil, dünya boyu müsəlmanların hədəf alınması doğru deyil. Yalnız müsəlmanlar pis, qalanları isə yaxşıdır. Bu doğrudurmu?”

Kəşfiyyat idarələri hücumçilardan iki nəfərin adını açıqlayıb. Lakin onlar hücumun qaçılmaz olduğu haqda dəlilin olmadığını deyir.

Rəsmilər icmadakıların bu hücum barədə xəbəri olub-olmadığını və ya kimlərinsə onlara yardım edib-etmədiyini öyrənməyə çalışır. Müsəlman icmasının liderləri isə terrorla hər hansı əlaqəsi olduğunu inkar edir və polislə tam əməkdaşlıq edildiyini bildirir.

XS
SM
MD
LG