Accessibility links

Britaniya Hərbi Dəniz Qüvvələri qaçaqmalçılıq yolu ilə aparılan İran raketlərini ələ keçirib


Britaniya Kral Donanması cümə axşamı bildirib ki, döyüş gəmilərindən biri bu ilin əvvəlində İranın cənubundakı beynəlxalq sularda qaçaqmalçılardan İran silahlarını, o cümlədən yer-hava tipli raketlər və qanadlı raketlər üçün mühərriklər ələ keçirib.

HMS Montrose freqatına məxsus vertolyot yanvar ayının 28-i və fevralın 25-i İran sahillərindən uzaqlaşan sürətli qayıqları görüb. Kral Hərbi Dəniz Qüvvələrinin bəyanatında deyilib ki, qayıqların içərisində müasir silahların olduğu onlarla bağlama müsadirə edilib.

Müsadirə edilən bağlamalar texniki analiz üçün Böyük Britaniyaya qaytarılıb və onların İran istehsalı olan qurudan hücum üçün 351 qanadlı raket və 358 yer-hava tipli raketi üçün çox sayda mühərriklərin olduğu aşkar edilib.

Raketlərin hara üçün nəzərdə tutulduğu barədə məlumat verilməsə də, 1000 kilometr məsafə qət edən 351 qanadlı raketlərdən Yəməndəki Husi qruplaşması tərəfindən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini hədəf almaq üçün tez-tez istifadə edildiyi bildirilib.

Kral Dəniz Qüvvələri ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Gridley-in fevral ayında silah-sursatın ələ keçirilməsinə yardım etdiyini bildirib. Hər iki ələ keçirmə əməliyyatı HMS Montrose-in mütəmadi olaraq dəniz təhlükəsizliyini təmin etmək üçün keçirdiyi əməliyyat zamanı baş verib.

XS
SM
MD
LG