Accessibility links

Rusiya onlarla tanınmış britaniyalıya səyahət qadağası tətbiq edir


Leyboristlər Partiyasının lideri Keyr Starmer
Leyboristlər Partiyasının lideri Keyr Starmer

Rusiya rəsmiləri ölkələrinə qarşı qarayaxma kampaniyasına dəstək verməkdə ittiham edərək bazar ertəsi Britaniyanın onlarla siyasətçisinə, məmuruna və ictimai xadiminə sanksiyalar elan edib.

Rusiya Xarici İşlər Nazirliyi Moskvanın artıq ölkəyə girişinə qadağa qoyduğu 200-dən çox Britaniya vətəndaşına daha 39 britaniyalının əlavə ediləcəyini bildirib.

Son əlavələr arasında müxalifət Leyboristlər Partiyasının lideri Keyr Starmer, keçmiş Baş nazir David Kameron və teleaparıcı Piers Morqan da var.

Britaniya hökuməti Rusiyanın fevralın sonunda Ukraynaya hərbi müdaxiləsindən bəri Kyivə güclü dəstək verir.

Britaniyanın aparıcı siyasətçilərinin əksəriyyətinin Rusiyaya səfəri artıq qadağan edilib.

Rusiya Xarici İşlər Nazirliyinin bazar ertəsi bildirdiyinə görə, yeni sanksiyalar tətbiq edilmiş britaniyalılar “Londonun ölkəmizi demonizasiya etməsinə və beynəlxalq təcridinə yönəlmiş düşmən kursuna töhfə verir”.

Bazar ertəsi Rusiyanın Baş Prokurorluğu Britaniyanın Calvert-22 adlı qeyri-kommersiya qrupunu “arzuolunmaz” təşkilat kimi müəyyən edib.

Qrup 2009-cu ildə Rusiya əsilli iqtisadçı Nonna Materkova tərəfindən yaradılıb. O, Rusiya və Şərqi Avropa ilə bağlı incəsənət və mədəniyyət layihələrini dəstəkləyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG