Accessibility links

Boris Conson “Rusiya aqressiyasına” qarşı həmrəyliyə çağırır


Böyük Britaniya Baş Naziri Boris Conson və Ukrayna Prezidenti Volodimir Zelenski
Böyük Britaniya Baş Naziri Boris Conson və Ukrayna Prezidenti Volodimir Zelenski

Cümə axşamı Britaniya Rusiyanı Ukraynanın suverenliyinə xələl gətirən hər hansı addımına qarşı xəbərdarlıq edərək, Rusiyanı “münaqişədən və qan tökülməsindən çəkinən diplomatik yol” tutmağa çağırıb.

"Ukraynada müharibə Rusiya və Ukrayna xalqları və Avropa təhlükəsizliyi üçün fəlakətli olacaq və NATO birlikdə Ukraynaya istənilən müdaxilənin böyük nəticələrə səbəb olacağını və ağır itkilərə səbəb olacağını açıq şəkildə ifadə edib" – deyə, Britaniyanın Xarici İşlər Naziri Liz Truss Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə bildirib.

Qərb hökumətləri Rusiyanı sərhədə yaxın 100 000-dən çox hərbi qüvvə toplaması, Qara dənizə hərbi gəmilər yerləşdirməsi və cümə axşamı başlayan hərbi təlimlər üçün Ukraynanın digər qonşusu Belarusa daha çox qoşun və hərbi texnika göndərməsi ilə nəticələnən böhranın gərginliyini azaltmaq üçün addımlar atmağa çağırır.

Ukrayna da cümə axşamı öz hərbi təlimlərinə başlayıb və hər ikisi fevralın 20-dək davam edəcək.

Lavrov cümə axşamı deyib ki, yalnız “qarşılıqlı hörmət əsasında dialoq” münasibətlərin normallaşmasına gətirib çıxara bilər.

"İdeoloji yanaşmalar, ultimatumlar, təhdidlər -- bu, heç yerə aparan yol deyil," Lavrov qeyd edib.

Böyük Britaniyanın Baş naziri Boris Conson cümə axşamı Polşa və NATO liderləri ilə görüşərək, ofisinin dediyinə görə, "Rusiyanın təcavüzünün ağır yükünü daşıyan NATO müttəfiqlərini həmrəyliyə" çağırıb.

Conson 1000 Britaniya əsgərinə Rusiyanın qonşu Ukraynaya müdaxiləsi nəticəsində yarana biləcək potensial humanitar böhrana cavab verməyə hazır olmağı əmr edib.

"Görməli olduğumuz şey məcburedici diplomatiya deyil, əsl diplomatiyadır. Bir ittifaq olaraq qar üzərində xətlər çəkməliyik və güzəştə getməyəcəyimiz prinsiplərin olduğunu aydın bilməliyik. Buraya hər bir NATO müttəfiqinin təhlükəsizliyi və hər bir Avropa demokratiyasının NATO üzvlüyünə can atmaq hüququ daxildir” – deyə, Conson vurğulayıb.

Ağ Evin mətbuat katibi Cen Psaki çərşənbə günü jurnalistlərə bildirib ki, Rusiya son həftələrdə gərginliyi artıran addımlar atır və ABŞ bunun dəyişəcəyinə ümid edir.

“Düşünürəm ki, biz həmin qoşunlara və hərbi təlimlərə aid olduğundan bu hərbi təlimlərə hazırlığa yenidən baxarkən, bunu, şübhəsiz ki, gərginliyi azaltma deyil, daha çox artırmaq kimi görürük” – deyə, Psaki bildirib.

Rusiyanın yüksək səviyyəli komandirləri çərşənbə günü Belarusa gəlib və Belarus ordusu ilə təlim keçirən 30 000 rus əsgərinə nəzarət etməyə hazırlaşır.

Rusiya S-400 yer-hava raket sistemlərini və çoxsaylı döyüş təyyarələrini Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi General Valeri Gerasimovun rəhbərlik etdiyi təlimlər üçün Belarusa yeridib.

XS
SM
MD
LG