Britaniyanın müdafiə naziri şənbə günü bildirib ki, Kral Hərbi Dəniz Donanmasına məxsus döyüş gəmisi Qırmızı dənizdə ticarət gəmilərini hədəf alan şübhəli hücum dronunu vurub.
Qrant Şapps deyib ki, HMS Diamond Sea Viper raketi ilə atəş açıb və “ticarət daşımalarını hədəf alan” dronu məhv edib. Bu, 1991-ci il Körfəz Müharibəsindən bəri ilk dəfədir ki, Kral Dəniz Donanması qəzəblə hava hədəfini vurub.
Şapps Yəməndə Husi üsyançılarının qlobal ticarət yolunda ticarət gəmilərinə hücumlarının "beynəlxalq ticarət və dəniz təhlükəsizliyi üçün birbaşa təhdid olduğunu" söyləyib.
“Böyük Britaniya qlobal ticarətin sərbəst axını qorumaq üçün bu hücumları dəf etməyə sadiqdir” o, bəyanatda bildirib.
Qlobal gəmiçilik İsrail və, husilər kimi, İran tərəfindən dəstəklənən HƏMAS arasındakı müharibə zamanı hədəfə çevrilib. Husilər Qırmızı dənizdəki gəmilərə silsilə hücumlar təşkil etməklə yanaşı, İsraili hədəf alan dronlar və raketlər də atıblar.
Husi üsyançılar deyir ki, onlar şənbə günü İsrailin cənubunda liman şəhəri Eilata doğru çox sayda dron atıblar. Bu açıqlama Misirin dövlət mediasının Misirin hava hücumundan müdafiəsinin Qırmızı dənizdə kuror şəhəri olan Dahab üzərində “uçan obyekti” vurduğunu bildirməsindən sonraya təsadüf edib.
ABŞ ordusu bildirib ki, bu ilin əvvəlində Qırmız Dənizdə üç kommersiya gəmisi Husilərin nəzarət etdiyi Yəməndən atılan balistik raketlər tərəfindən vurulub və hücum zamanı ABŞ-ın hərbi gəmisi üç dronu vurub.
Cümə günü dünyanın ən boyük gəmiçilik şirkəti Maersk Liberiya bayrağı altında hərəkət edən yük gəmisinə raket hücumundan sonra Qırmızı dənizdə Bab əl-Məndib boğazından keçməyi planlaşdıran gəmilərinə “”səfərlərini növbəti bildirişə qədər dayandırmağı” söyləyib.
HMS Diamond regiona iki həftə öncə çəkindirmək məqsədilə göndərilib.
Forum