Britaniyanın bildirdiyinə görə, Rusiya Ukraynaya işğalına dəstək üçün böyük ehtimalla, “könüllülərdən” ibarət batalyonlar da daxil olmaqla, yeni quru qoşunlar formalaşdırıb.
Könüllü tipli korpusun yaradılması Rusiya prezidenti Vladimir Putin və onun müharibə planlaşdırıcılarının Rusiyanın daha kiçik postsovet qonşusunu dəf etməyə çalışarkən üzləşdiyi çətinlikləri nümayiş etdirir.
Britaniya kəşfiyyatı avqustun 10-da yeni birləşməni “3-cü Ordu Korpusu” adlandırıb və onun Moskvanın şərqindəki Nijni Novqorod vilayətinin Mulino şəhərində yerləşdiyini bildirib.
Qiymətləndirmə Müdafiə Nazirliyinin tvitter səhifəsində açıqlanıb.
“Rusiya çox güman ki, 3-cü Ordu Korpusunun böyük bir hissəsini ölkənin hər bir yerindən cəlb edilən və eyni bölgələrdən olanların qrupları birləşdirən yeni yaradılmış “könüllü” batalyonlardan toplamağı planlaşdırır” - deyə, məlumatda bildirilib.
Nazirlik Rusiyanın regional rəsmilərinə istinadla bildirib ki, 3-cü Ordu Korpusununa potensial götürülənlərə “Ukraynaya göndərildikdən sonra böyük məşləğdə pul vəd edilir”.
Yüz minlərlə rus əsgəri Rusiyanın Ukraynanın şərqindəki silahlı separatçılara səkkiz illik dəstəyindən sonra fevralın 24-də başlayan genişmiqyaslı işğalda iştirak edir.
Qərbin hərbi analitikləri iddia edirlər ki, Putin, onun hərbi və kəşfiyyat xidmətləri qələbənin tez bir zamanda olacağını gözləyirdi, lakin bu baş vermədi.
İşğalın əvvəlində Ukraynanın paytaxtı Kyivi ələ keçirə bilməyən Rusiya komandanlığı öz qüvvələrini Ukraynanın şərqində və cənubundakı ərazilərdə cəmlədirməyə qərar verdi.
“Rusiya komandanlığı çox güman ki, Donbasda [Ukraynanın şərqində] hücumu davem etdirmək və cənubda Ukraynanın gözlənilən əks-hücumlarına qarşı müdafiəni gücləndirmək kimi iki əməliyyat seçimi arasında seçim etmək çətinliyi ilə qarşı-qarşıya qalacaqlar” - deyə, Britaniyanın Müdafiə Kəşfiyyatı bildirib.
ABŞ-ın hərbi rəsmiləri bu yaxınlarda döyüşlərdə Rusiyanın 70-80 min əsgərinin öldüyünü və ya yaralandığını təxmin edib.