Accessibility links

Britaniyalı müsəlman ailə Birləşmiş Ştatlara buraxılmayıb


Britaniya baş naziri Deyvid Kamerun Birləşmiş Ştatlara uçmaq istəyən britaniyalı müsəlmanlara son dəqiqə icazə verilməməsi ilə bağlı işi araşdıracağına söz verib.

Baş nazir ailənin vəkilinin tələbinə cavab olaraq bu addımı atıb. Ailə dekabrın 15-i Kaliforniyaya səyahət etməyə hazırlaşırdı.

Ailə üzvlərindən Mahmud Tarıq bildirib ki, onların 13 min dollarlıq biletləri bu səbəbdən ləğv olunub. O deyib ki, onlar təyyarəyə müsəlman olduqları üçün buraxılmayıb.

ABŞ Gömrük və Sərhədlərin müdafiəsi depatamentindən Amerikanın Səsinə bildirilib ki, insanların ölkəyə buraxılmaması din və inanc amillərinə görə edilmir.

Ailəyə Vizasız Səyahət proqramı çərçivəsində Birləşmiş Ştatlara 90 gün səyahət etmək imkanı verilmişdi.

XS
SM
MD
LG