Avropa İttifaqının Xəstəliklərə Nəzarət Agentliyinin rəhbəri Britaniya hökumətinin fikrinə zidd olaraq bazar ertəsi deyib ki, Britanya pandemiyanın hələ də zəifləmədiyi 5 Avropa ölkəsindən biridir.
Mayın 4-nə olan məlumata görə, Britaniyada təxminən 190 000 koronavirusa yoluxma, 28 500 ölüm halı qeydə alınıb. Bu günə qədər İtaliya Avropa ölkələri arasında COVID-19-dən ən çox qurban verən ölkədir.
COVID-19-a yoluxaraq, ağır vəziyyətdə olan baş nazir Boris Conson keçən həftə işə qayıtdıqdan sonra koronavirisin Britaniyada zirvə nöqtəsini keçdiyini və aşağı düşməyə başladığını deyib.
Conson karantin məhdudiyyətlərini çox qısa müddətdə yüngülləşdirərək, ölkəni virusun ikinci zərbəsinə məruz qoymayacağını deyib. O, ölkənin bu böhranın ilk mərhələsindən çıxsa da, maksimum risk qarşısında olduğunu bildirib.
Avropa İttifaqı Xəstəliklərin Qarşısının Alınması və İdarəetmə Mərkəzinin (ECDC) direktoru Andrea Ammon ittifaqın qanunvericilərinə Bolqarıstanda hələ də artımın qeydə alındığını, Britaniya, Polşa, Rumıniya və İsveçdə isə son 14 gündə ciddi dəyişikliyin olmadığını bildirib.
Andrea Ammon digər Avropa ölkələrind' azalma müşahidə olunduğunu deyib. "Şənbə gününə olan məlumata görə, belə görünür (Avropada) yoluxma zirvə nöqtəsindən aşağı enməyə başlayıb" - deyə, Ammon video-konfrans zamanı qanunvericilərə bildirib.