Accessibility links

Britaniya Avropa İttifaqı ilə hərtərəfli ticarət razılığı əldə etmək istəyir


Baş nazir Teresa Mey şənbə Almaniyada dərc olunan qəzetə verdiyi müsahibədə Britaniyanın Brexitdən sonra Avropa İttifaqı ilə hərtəfərli ticarət razılığı, eləcə də müdafiə sazişi əldə etmək istədiyini bildirib.

Mey əlavə edib ki, onun höküməti danışıqlar zamanı mövcud təkliflərdən ən yaxşısın seçmək istəmir və Avropa İttifaqının Norveç və ya Kanada ilə razılığından daha fərqli bir ticarət razılığı istəyir, çünki Britaniya həmin iki ölkədən fəqrli mövqedədir.

“Biz hərtərəfli azad ticrət razılığı və təhlükəsizlik müqaviləsi ilə bağlı danışıqlar aparmaq istəyirik. Biz Kanada və Norveçdən fəqli mövqedəyik,” Mey deyib.

Britaniya və Avropa İttifaqı ötən ay ayrılıq razılığı əldə edib və bu, gələcək ticarət əlaqələri ilə bağlı danışıqlara yol açıb, eləcə də Brexitin nizamlı şəkildə başa çatacağına dair ümidlər yaradıb.

“Biz Avropadan deyil, Avropa İttifaqından ayrılırıq,” deyə Mey bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG