Accessibility links

Aİ Britaniyanın blokdan çıxmasına dair qaydaların müzakirəsinə dair qərar qəbul edib


Avropa İttifaqı Britaniyanın blokdan çıxmasına dair qaydaların müzakirəsinə dair yekdilliklə qərar qəbul edib.

Qərar Avropa İttifaqının sammiti zamanı əldə edilib.

27 lider qaydalar haqda müzkirələri 15 dəqiqədən də az bir vaxtda təsdiq edib.

Müzakirələr iyun ayının 8-də Britaniyada keçiriləcək ümumilli seçkilərdən dərhal sonra başlayacaq.

Danışıqlar zamanı Avropa İttifaqının vətəndaşları və Böyük Britaniyada yaşayan ailələrə sosial yardımlar diqqət mərkəzində olacaq.

Bundan əlavə Britaniyanın qurum qarşısındakı maddi öhdəlikləri də gündəmə gətiriləcək.

Blokdan çıxış Britaniyaya 65 milyard dillara başa gələ bilər.

XS
SM
MD
LG