Accessibility links

Britaniyada bəzi çoxmərtəbəli binaların üzlükləri yanğına davamlılıq testindən keçməyib


İcmalar və Yerli Hökümət Nazirliyindən verilən məlumata görə, İngiltərədə 27 çoxmərtəbəli binanın xarici izolyasiyası yanğın təhlükəsizliyi testlərindən keçməyib. Ölkə boyu aparılan testlərin nəticələrinin hələ açıqlanmayıb.

Bu testlər bu yaxınlarda Londonda Qrenfel Qülləsində baş verən yanğından sonra keçirilib. Yanğının sürətli bir şəkiləd yayılmasına səbəb olaraq binanın xarici izolyasiyası göstərilir. Rəsmilər deyir ki, yanğın nəticəsində azı 79 nəfər ölüb.

Kamden
Kamden

Bu xəbər cümə günü Londonun Kamden rayonu yanğın təhlükəsi səbəbilə dörd çoxmərtəbəli binanı, yəni 650 ailəni binadan evakusiya edəndən sonra yayılıb.

Hoteldə yer ayrılıb

Kamden rəsmiləri həmin sakinlərə hotel otaqları ayırdıqlarını bildirib. Qrenfel Qülləsi və cümə günün boşaldılan bina hökümətə aid ucuz ictimai yaşayış binalarıdır.

Kamdendəki binaların xarici izolyasiyası Qrenfel Qülləsinin xarici izolyasiyası ilə eynidir.

Britaniya höküməti ölkə boyu 600 çoxmərtəbəli binanın Kamdendəki binalarla eyni problemlə üzləşəcəyini təxmin edir.

Rəmsilər deyir ki, binaların üzlükləri dəyişdirələcəyi üçün sakinlər bir neçə həftə boyunca evlərinə geri dönə bilməyəcək.

Qrenfel Qülləsi
Qrenfel Qülləsi

London polisinin sözçüsü Fiona MakKormak deyib ki, Qrenfel Qülləsi ilə bağlı cinayət istintaqı aparılır.

Yanğının mənbəyi soyuducudur

Beton yaşayış binası bu yaxınlarda təmir olunub və binaya yeni xarici izolyator vurulub. Yanğından sağ çıxanların bəziləri binaya ucuz üzlüyün vurulduğunu iddia edir. Digərləri isə fəlakətə keyfiyyətsiz təmir işlərinin səbəb olduğunu deyir.

Müstəntiqlər yanğının mənbəyin dğrdüncü mərtəbədə yerləşən mənzillərdən birindəki soyuducunun olduğunu deyir. Həmin Hotpoint soyuducu artıq beş ildir satışda yoxdur. ABŞ-ın Whirlpool şirkətinin sahib olduğu istehsalçının sözçüsü deyib ki, şirkət məsələni adarşdırır və rəsmi istintaqla tam əməkdaşlıq edir.

Polis sözçüsü MakKormak deyib ki, yanan binanın xarici izolyasiyası yanğına davamlılıq testindən keçməyib. Müstəntiqlər həmçinin Qrenfell Qülləsi və digər binalar materialı vuran şirkətləri də yoxlayır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG