Britaniyanın Avropa İttifaqından ayrılması ilə bağlı müzakirələri bərpa etmək səylərinə ehtiyac yenidən aktuallaşır.
Bazar ertəsi Britaniyanın baş naziri Brexit diplomatiyası ilə bağlı danışıqları ölkəsinin Aİ-dan ayrılması ilə bağlı danışqıların sürətləndirilməli olduğuna dair razılıqla yekunlaşdırıb.
Baş nazir Teresa Mey və Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker Brüsseldə birlikdə iştirak etdikləri şam yeməyindən sonra deyiblər ki, “dayandırılan danışıqlar gələcək aylarda sürətndirilməlidir”.
Britaniyanın Avropa İttifaqından 2019-cu ilin martında çıxacağı gözlənilir.