Accessibility links

Britaniyada metro hücumu ilə əlaqəli olaraq bir nəfər həbs edilib


Britaniya polisi cümə günü London metrosunda baş verən bomda hücumu ilə əlaqəli olaraq bir nəfərin həbs olunduğunu bilddirir.

Rəsmilər deyir ki, şənbə günü səhər saatlatında Dover liman ərazisində 18 yaşlı bir şəxs həbs olunub. Dover Britaniya ilə Frandanı birləşdirən ən əsass bərə limanıdır. Polis bəyanatında bu həbsi “çox vacib” adlandırıb.

Daha öncə şəngə günü London Nəqliyyatının rəsmiləri Parsons Green stansiyasını açdıqlarını bildirib. Həmin stansiyadda qatara yerləşdirilmiş bomba qismən partlamışdı.

Bombanın sosial mediada yerləşdirilən şəkillərində vaqonun qapısı yanında plastik torbanın içinə yerləşdirilmiş vedrənin alovlandığı göstərilir.

Hücumdan sonra baş nazir Teresa Mey BirgəTerrorizmin Analizi Mərkəzinin ölkədə təhlükəsizlik səviyyəsini “kritik”-ə dəyişməyə qərar verdiyini bildirib. Bu isə o deməkdir ki, yeni bir hücumun baş vermək ehtimalı çox yüksəkdir.

Hücuma görə məsuliyyəti İŞİD öz üzərinə götürüb. Lakin terror qrupu daha öncə bir neçə dəfə həyata keçirmədiyi başqa hücumlara görə də məsuliyyəti üzərinə alıb.

Hücumdan qısa müddət sonra Parsons Green stansiyasına silahlı polislər gəlib.

Mey ictimaiyyətin küçələrdə və nəqliyyat vasitələrində daha çox silahlı polis görəcəkləri barədə xəbərdarlıq edib.

Baş nazir həmçinin qeyd edib ki, polisə ordu üzvləri də yardım edəcək. Onlar icitmaiyyətə qadağan bəzi yerləri təhlükəsizliklə təmin edəcək.

Cümə günü Milli Səhiyyə Xidməti partlayış zamanı vaqonda olan 21 nəfərin xəstəxanada müalicə olunduğunu, 8 digər nəfərin isə artıq evə buraxıldığını bildirib.

Partlayış bu il Britaniyada baş verən beşinci ən böyük terror hücumudur.

Prezident Tramp münasibətini bildirib

Cümə günü ABŞ prezidenti Donald Tramp baş nazir Meyə zəng edərək, təəssüf hissini dilə gətirib.

Ağ Evin mətbuat katibinin açıqladığı bəyanatda bildirilir ki, prezident Tramp “dünya boyu günahsız insanları hədəf alan hücumlara son qoymaq və ekstremizmə qarşı mübarizə aparmaq məqsədilə” Birləşmiş Krallıqla əməkdaşlığını davam etdirəcək.

Parsons Green stansiyası
Parsons Green stansiyası

Polis ilə kəşfiyyat agentliyi birgə işləyir

London polisi bildirib ki, onların cümə günü baş vermiş hücumla bağlı istintaqına Britaniyanın daxili kəşfiyyat agentliyi MI-5 dəstək verir.

Britaniya baş naziri Boris Conson insanları sakitliyə və spekulyasiya etməməyə çağırıb.

XS
SM
MD
LG