Accessibility links

İran gəminin ələ keçirildiyi anın videosunu paylaşıb


Stena Impero
Stena Impero

Britaniya İranın İran körfəzində Britaniya bayrağı altında fəaliyyət göstərən neft tankerinin ələ keçirilməsini “qərəzli addım”adlandırıb və Tehranın gəmini qəzaya uğradığına görə ələ keçirdiyinə dair izahatını rədd edib.

İranın İnqilab keşikçiləri korpusu internetdə Stena Impero tankerinə yaxın sürətli qayıqların yaxınlaşdığını göstərən video paylaşıb.

Helikopterdən gəminin göyərtəsinə maska geyinən və pulyemot daşıyan qoşunlar enib. Britaniyanın kral dəniz piyadaları iki həftə öncə Cəbəllütariq sahilinə yaxın İran tankerini ələ keçirəndə eyni taktikalardan istifadə etmişdi.

İranın Hörmüz körfəzində Britaniya bayrağı altında idarə olunan tankeri ələ keçirməsi ilə bağlı qlobal gərginlik artır. Britaniya Tehrana sərt xəbərdarlıq göndərib, İslam Respublikası isə gəmini “cavab tədbiri olaraq” ələ keçirdiyini bildirir.

Stena Impero
Stena Impero

Britaniya şənbə günü İranın Londondakı müvəqqəti işlər vəkilini xarici işlər nazirliyinə dəvət edib.

İranın güclü Konstitusiyanı Mühafizə Şurası şənbə günü bildirib ki, gəmini Britaniyanın iki həftə əvvəl Cəbəllütariq ərazisində İranın iki milyondan çox xam neftini daşıyan neft tankerinin ələ keçirilməsində əlinin olmasından sonra saxlayıb.

Konstitusiyanı Mühafizə Şurasının sözçüsü Abbas Əli Kadxodaeyi İranın Fars xəbər agentliyinə bildirib ki, “cavab tədbiri qanunu beynəlxalq qanunda məşhurdur” və qanunsuz iqtisadi müharibə və neft tankerlərinin ələ keçirilməsi fonunda İranın gəmini saxlamasına” haqq qazandırmaq olar.

İranın cümə günü gəmini ələ keçirməsindən sonra İranın “həmişə problem yaratdığını” deyib və ABŞ-ın Birləşmiş Krallıqla işləyəcəyini söyləyib.

Almaniya İsveçə mənsub, Britaniya bayrağı altında idarə olunan Stena Imperonun sərbəst buraxılmasına çağırıb. Almaniya xarici işlər nazirliyi İranın gəmini ələ keçirməsini “onsuz da gərgin vəziyyətin daha da ağırlaşdırılması” adlandırıb.

Fransa da İranı gəmini buraxmağa çağırıb və bunun “körfəz regionunda gərginliyin azaldılmasını çətinləşdirdiyini” bildirir.

İnqilab keşikçilərinin verdiyi məlumata görə, İranın dəniz rəsmiləri Stena Imperonun “beynəlxalq dəniz qaydalarına əməl etmədiyinə görə” saxlanmasına göstəriş verib.

Bundan öncə Britaniya İranın cümə günü Körfəz regionunda iki neft tankerini ələ keçirdiyini bildirib və Tehranı gəmiləri geri verməyə ya da bunun nəticələri ilə üzləşməyə hazır olmağa çağırıb.

İranın İnqilab Keşikçiləri Korpusu bildirib ki, onlar Britaniya bayrağı altında idarə olunan Stena Imperonu ələ keçirib. Bu isə Britaniya donanması Cəbəllütariqdə İran tankerini ələ keçirəndən iki həftə sonraya təsadüf edir.

İranın yarı-rəsmi Təsnim xəbər agentliyi bildirib ki, Brtitaniyanın idarə etdiyi ikinci gəmi Mesdar ələ keçirilməyib. Onlar gəmiyə təhlükəsizlik və ekoloji məsələlərlə bağlı xəbədarlıq veriləndən sonra yolunda davam etməyə icazə verildiyini bildirib.

Refinitiv izləmə məlumatlarına əsasən, Stena Impero və Mesdar Hörmüz boğazı vasitəsilə İran Körfəzinə daxil olandan qısa müddət sonra bir-birindən 40 dəqiqəlik məsafədə ikən istiqamətlərini dəyişib.

Məlumatlarda Mesdarın daha sonra yenidən istiqamət dəyişərək, körfəzə doğru irəlilədiyini də göstərilib.

Gəmilərin ələ keçirilməsi qəbuledilməzdir. Naviqasiya azadlığının təmin olunması və bütün gəmilərin regionda azad və təhlükəsiz şəkildə irəliləməsi mühümdür.
Ceremi Hant

"Gəmilərin ələ keçirilməsi qəbuledilməzdir. Naviqasiya azadlığının təmin olunması və bütün gəmilərin regionda azad və təhlükəsiz şəkildə irəliləməsi mühümdür” – deyə Britaniyanın xarici işlər naziri Ceremi Hant bildirib.

Hant daha sonra deyib ki, İran gəmiləri geri verməsə bunun nəticələri olacaq, lakin Britaniyanın hərbi yollara əl atmağı nəzərdən keçirmədiyini də əlavə edib.

ABŞ prezidenti Donald Tramp deyib ki, o, məsələni Britaniya ilə müzakirə edəcək.

İranla Qərb arasında onsuz da gərgin münasibətlər Britaniya iyulun 4-də Cəbəllütariqdə Avropa sanksiyalarını pozaraq Suriyaya neft daşıdığından şübhələndiyi İranın Grace 1 tankerini ələ keçirəndən sonra daha da pisləşib. Dünya neftinin beşdə birinin keçdiyi Hörmüz boğazında gərginlikdən sonra Brent xam neftinin qiyməti cümə günü artıb.

XS
SM
MD
LG