Accessibility links

Britaniya İspaniyaya səyahət planını ləğv edib


Britaniya heç bir xəbərdarlıq vermədən İspaniyaya səyahət planını ləğv edib və İspaniyadan ölkəyə gələnlərin 2 həftə karantina alınmasına göstəriş verib.

Britaniyanın xarici işlər naziri Dominik Raab deyib ki, bu qərar görə üzr istəməyəcək. Belə ki, İspaniyada COVID-19-a yoluxma halları artmaqdadır.

“Biz üzrxahlıq edə bilmərik. Biz həlledici bir qərar verməli idik” - deyə, nazır Sky News-a bildirib.

Dominik Raab
Dominik Raab

Şimali Koreya isə virusa dair ilk şübhə ilə bağlı açıqlama verərək, buna görə bu yaxınlarda ölkəyə giriş edən infeksiya daşıyıcısını günahlandırıb.

Hökumət aylardır ki, koronavirusa yoluxma hallarını inkar edirdi.

Şimali Koreyanın dövlət xəbər agentliyi KCNA ilk addım olaraq həmin şəxsin ciddi karantinə alındığını və son 5 gün ərzində onunla təmasda olan hər bir şəxslə bağlı araşdırma aparılır. Onlar həkim müayinəsindən keçirilir və karantin altına alınır.

Cənubi Afrika Respublikası bazar günü 12 min yeni yoluxma halının qeydə alındığını bildirib. Bu ölkənin koronavirusla mübarizəsi 26 milyard dollarlıq iqtisadi yardım proqramında korrupsiyaya yol verildiyi iddialar fonunda aparılır.

Korrupsiya ilə bağlı istintaq işi açılıb.

Cənubi Afrika
Cənubi Afrika

Cənubi Afrika yoluxma hallarına görə dünyada 5-ci yeri tutur. Bu ölkədə 434 min yoluxma faktı aşkarlanıb.

ABŞ isə 4.1 milyon yeni yoluxma halı ilə birinciliyini saxlamaqdadır. 2.3 yoluxma faktı ilə Braziliya ikinci, 800 min nəfərin xəstələndiyi Rusiya 3-cü yerdədir.

Dünyaya Baxış

Dünyaya Baxış. Meksika vəd etdiyi 10 000 əsgərin ilk qrupunu ABŞ-la sərhədə yerləşdirib
please wait

No media source currently available

0:00 0:10:34 0:00

Amerika İcmalı

Amerika İcmalı. Vaşinqton səmasında qəza. ABŞ-Azərbaycan münasibətlərinin perspektivləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG