Accessibility links

Kəşfiyyat: Mançester hücumu terrorun reallığına nümunədir


ABŞ-ın kəşfiyyat rəsmiləri Mançester hücumunun məsuliyyətini İŞİD-n daşıdığını hələ təsdiq etməsə də, bunun dünyada terror təhlükəsinin reallığına işarə olduğunu bildirib.

ABŞ-ın Milli Kəşfiyyat İdarəsinin direktoru Den Koats deyib ki, hücumun məsuliyyətini İŞİD üzərinə götürdüyünü iddia etsə də bununla bağlı heç bir dəlil əldə edilməyib.

Hücum nəticəsində 22 nəfər həyatını itirib, 59 nəfər yaralanıb.

Den Koats
Den Koats

Terrorçu qrup "səlibçilər" adlandırdığı insanlara qarşı hücumun "xilafət əsgəri" tərəfindən törədildiyini bildirib.

Amerikanın Mərkəzi Kəşfiyyat Agentliyinin sabiq direktoru Robert Geyts deyib ki, hücumun məsuliyyətinin dərhal üzərinə götürülməsi onların məsuliyyət daşıdığını göstərir. O, hücumun ya İŞİD, ya da bu terror qrupunu dəstəkləyənlər tərəfindən planlaşdırıldığını bildirib.

Robert Geyts
Robert Geyts

ABŞ-ın kəşfiyyat rəsmiləri qrupun zəifləməsinə baxmayaraq, onun terroru təbliğ etdiyini deyir.

Ordu rəsmiləri qrupun Mosul və Rəqqada ələ keçirdikləri ərazilərin geri alındığını və qrupun xilafətinin məhvinə yaxınlaşıldığını bəyan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG