Accessibility links

Britaniyada koronavirusdan ölənlərin sayı 4-ə çatıb


Britaniyanın səhiyyə naziri Matt Hankok bazar ertəsi parlamentdə etdiyi açıqlamasında ölkədə koronavirusdan dördüncü adamın öldüyünü bildirib.

“Burada, Britaniyada dördüncü şəxs koronavirusdan öldü. Bu gün səhər 319 təsdiqlənmiş hal qeydə alınıb. Çox təəssüf ki, indi təsdiqlənmiş dörd ölüm hadisəsi var" - deyə, Hankok bildirib.

Britaniyanın baş tibb mütəxəssisi Kris Vitti şərhində son ölən şəxsin sağlamlıq problemləri olan və virusa yoluxduğu güman edilən 70 yaşlarında bir xəstə olduğunu deyib. Xəstə İngiltərənin mərkəzi xəstəxanasında ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı bazar günü dünyanın artıq 100 ölkəsində koronavirusa 100 mindən çox yoluxma hallarının olduğu haqda məlumat verildiyini bildirib.

İtaliya Çindən sonra koronavirusa yoluxma nəticəsində ən çox insanın öldüyü ölkədir. Bazar günü axşam İtaliyada koronavirusa 7375 yoluxma halı və 366 ölüm hadisəsi qeydə alınıb.

ABŞ-da koronavirusa yoluxma nəticəsində azı 19 ölüm halı təsdiqlənib. Nyu-Yorkda virusa yoluxanların sayı 109-a çatıb. Ştatda fövqəladə vəziyyət elan edilib.

Fransada virusa yoluxanların sayının 1126 nəfər, həyatını itirənlərin sayının isə 19 olduğu bildirilir. Almaniyada 795, İspaniyada 441, Britaniyada 210, Hollandiyada isə 188 nəfər koronavirusa yoluxub.

Bolqarıstan, Kosta Rika, Kolumbiya, Malta, Maldiv adaları, Paraqvay koronavirusa ilk yoluxma hallarını təsdiq edib.

Şərhlərə bax

XS
SM
MD
LG