Accessibility links

Britaniya tədqiqatçıları COVID-19-un yeni növünün daha yoluxucu olduğunu bildirir


Britaniya tədqiqatçıları COVID-19-un yeni növünün digər variantlardan daha yoluxucu olduğunu və uşaqlar arasında daha çox yayıla biləcəyini deyib.

Ölkənin Yeni və Meydana çıxan Respirator Virus təhlükəsi üzrə Məsləhət Qrupunun (NERVTAG) alimləri bu həftənin əvvəlində jurnalistlərə virusun yeni növünün digərlərindən təxminən 71% daha çox yayıla biləcəyini bildirib.

Britaniyanın cənub bölgəsində virusun yeni növünün yayılması 40-dan çox ölkəni Britaniyadan səfərləri dayandırmağa vadar edib. Sinqapur, Filippin və Şimali Koreyada bu siyahıya qoşulub. Sinqapur Britaniyadan gələn səyahərçilərə çərşənbə günü yerli vaxtla gecə yarısından qadağa tətbiq edib. Filippin çümə axşamından etibarən Britaniyaya bütün uçuşları dayandırır. Cənubi Koreya isə gələn həftənin cümə axşamı gününədək Britaniyadan ölkəyə bütün uçuşları dayandırıb.

Lakin Fransa bazar ertəsi Britaniya ilə bütün səyahətlərə qoyduğu 48 saatlıq qadağanı ləğv edərək, bütün sərnişinlər və yük maşını sürücülərinin 72 saat ərzində koronavirus testlərinin mənfi olduğu halda ölkəyə girmələrinə icazə verib. Qadağa tonlarla tez xarab olan qida məhsulları və digər malları daşıyan minlərlə yük maşınının Dover və Britaniya və Fransanı ayıran kanaldakı keçid məntəqələrində ilişib qalmasına səbəb olmuşdu.

Dünyanın digər ölkələrinə gəldikdə, Peruda koronavirusa təsdiqlənmiş yoluxma halları 1 milyonu keçirb. Səhiyyə Nazirliyi çərşənbə axşamı ölkə boyu koronavirusa 1.15.153 nəfərin yoluxduğunu, 37 218 ölüm halının olduğunu bildirib. Peru Braziliya, Argentina, Kolumbiya və Meksikadan sonra Latın Amerikasında yoluxanların sayının 1 milyonu keçdiyi beşinci ölkədir.

XS
SM
MD
LG