Accessibility links

Britaniyanın COVID-19-u izləmə proqramında texniki problemlər var


Cümə axşamı Britaniyanın koronavirusa yoluxan insanları üzrə izləmə sistemində problem olduğu üçün səhiyyə rəsmiləri hökumətə ölkənin ikinci ölümcül dalğaya məruz qala biləcəyi barədə xəbərdarlıq edib.

Baş nazir Boris Conson çərşənbə günü deyib ki, COVID-19-a yoluxan insanlarla təmasda olmaqda şübhəli bilinənləri izləmək üçün texnoloji baxımdan ən inkişaf etmiş proqram iyunun 1-dən etibarən effektiv olacaq.

Britaniya hazırda Bluetooth texnologiyasına əsasən applikasiyanı İngiltərənin cənubundakı Uayt adasında testdən keçirir. Deyilənə görə, ada sakinlərinin yarısı artıq testi mobil telefonlarına yükləyib.

Təhlükəsizliyə cavabdeh olan kiçik daxili işlər naziri Ceyms Brokenşir App-də texniki problemlərin olduğunu, lakin tətbiqə başlanılana qədər tədbirlər görüləcəyini deyib.

"İzləmə və test sisteminin istifadəsinə az qalıb. Uayt adasında olan təcrübəyə əsaslanaraq və bəzi texniki məsələlərlə bağlı aldığımız rəyləri tətbiq edərək, bu proqramı yaxşı və effektiv şəkildə görmək istəyirik" - deyə, Brokenşir Sky News kanalına bildirib.

Yoluxanların izlənməsi və xəstələrin sayının bilinməsi pandemiyanın ikinci dalğasının qarşısının alınması və iqtisadiyyatın yenidən işə salınması üçün olduqca mühümdür.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG