Britaniya hökumətinin açıqladığı hesabatda BAME - qaradərili, asiyalı və azlıq təşkil edən etnik qrupların ağ etnik qruplarla müqayisədə COVID-19-a yoluxaraq ölmək ehtimalının 50 faizə qədər çox olduğu bildirilir.
Hökumətin Public Health England təşkilatının hesabatında deyilir ki, məsələn, Banqladeş mənşəli insanların ağ ingilislərlə müqayisədə COVID-19-dan ölüm riski iki dəfə çoxdur. Çin, Hindistan, Pakistan və ya digər Asiya etnik qrupların, habelə Karib və ya digər qaradərili etnik mənşəli olanların ölüm riski 10 faizdən 50 faizə qədər yüksəkdir.
Londonun Tayms qəzetinin yazdığına görə, ölkədə böyüməkdə olan “Qaraların Həyatı Mühümdür“ etirazları zamanı gərginlik yarada biləcəyindən ehtiyat edildiyin üçün hesabatın bu ayın əvvəlində açıqlanmasına icazə verilməyib. Hökumət isə bu xəbəri təsdiq etməyib.
Hesabatın dərcindən sonra Britaniyanın səhiyyə katibi Mat Hankok əlavə araşdırma tələb olunduğunu bildirib. "Belə fərqlərə nəyin səbəb olduğunu və fərqli risk faktorlarının qarşılıqlı əlaqəsini başa düşmək üçün çox iş görülməlidir və biz bunun qarşısının alınmasında qərarlıyıq" deyib Hankok iyunun 2-də jurnalistlərə.
Hesabatın nəticələri ABŞ və Finlandiyada oxşar tədqiqatların nəticələri ilə eynidir. "Bu, ABŞ üçün unikal bir araşdırma deyil" - deyə, keçən fəftə Amerikanın Səsinə Skypla verdiyi müsahibəsində Nortumbria Universitetinin molekulyar bioloqu, doktor Stergios Moşos bildirib.
"Amerika bu xəstəliyin BAME icmalarını daha çox təsirinə məruz qoyduğunu gördü. Beləliklə, bu şəxslərin xəstəliyə genetik meyilliyi var.”