Accessibility links

Boris Conson mövqeyindən geri çəkilərək britaniyalıları maska taxmağa çağırır


Britaniyanın baş naziri Boris Conson bazar ertəsi mağazalar kimi məhdud məkanlarda maska taxmağın vacib olduğunu deyib və əlavə edib ki, hökumət məcburi addımlar barədə yaxın günlərdə açıqlama verəcək.

Tənqidçilər Conson hökumətini maskalarla bağlı açıqlama vermədiyinə görə tənqid edirdi. Belə ki, hökumət maskalara ehtiyac olmadığını deyirdi. İndi isə göründüyü kimi hökumət əvvəlki mövqeyindən geri çəkilir.

Lakin hazırda Conson deyib ki, elmi araşdırmaların nəticələri maskaların COVID-19-un yayılmasının qarşısının alınmasında yardım etdiyini göstərir. Bazar ertəsi Londonun Təcili Yardım Mərkəzini ziyarət edən Conson jurnalistlərlə "Maskalardan qapalı yerlərdə istifadə edilməli olduğunu düşünürəm və fikrimcə ictimaiyyət bunu başa düşür" deyib.

Bunun məcburi olub-olmadığı barədə sualına Conson "rəhbərlilkə müzakirə edəcəyik və yaxın günlərdə bu barədə daha geniş məlumat verəcəyik" - deyə, cavab verib.

Conson həmçinin Britaniya vətəndaşlarına tətillərini xaricdə deyil, öz öllələrində keçirməyi məsləhət görüb. O, özünün də vaxtı olanda Britaniya daxilində dincəlməyi planlaşdırdığını bildirib, lakin hara gedəcəyini deməyib.

Şərhlərə bax

XS
SM
MD
LG