Accessibility links

Britaniyada koronavirusdan çox sayda ölüm gözlənilir


Baş nazir Boris Conson koronavirus infeksiyasına görə üç gecə London xəstəxanasının reanimasiyasında qaldığı bir vaxt britaniyalılar cümə axşamından başlayaraq, daha bir neçə həftə təcrid olunacaqlar.

Britaniya hökuməti çərşənbə günü Müqəddəs Tomas Xəstəxanasında müalicə alan baş nazirin səhhətində irəliləyiş olduğunu və yatağında oturduğunu bildirib. Koronavirusa yoluxan baş nazirə ICU ventilyatoru deyil, yalnız oksigen verildiyi üçün COVID-19 simptomları ağırlaşıb və reanimasiya şöbəsinə yatırılıb.

Mədəniyyət naziri Oliver Douden cümə axşamı Consonun vəziyyətinin sabit olduğunu və özünü yaxşı hiss ertdiyini deyib.

Conson xəstə olduğu müddətdə onu əvəz edən ölkənin xarici işlər naziri Dominik Raab hökumətin COBRA böhran komitəsinin iclasında virusun yayılmasının qarşısını almaq üçün martın 23-dən bəri tətbiq edilən ictimai fəaliyyətə və xalqın hərəkətinə qoyulan məhdudiyyətlərin uzadılıb-uzadılmaması məsələsini müzakirə edəcək.

İlkin məhdudiyyətlər üç həftəlik idi və bazar ertəsi başa çatacaq. Lakin hökumətin evdə qalma qaydaları və iş yerlərinin bağlamalarının ləğv edilməsi perspektivi azdır. Belə ki, insanlar isti, günəşli Pasxa həftəsi sonu parklara və açıq yerlərə axın etsələr məhdudiyyətlər güclənə bilər.

Hökumətin bildirdiyinə görə, Britaniya xəstəxanalarında koronavirusa yoluxan 7000-dən çox insan ölüb. Yeni təsdiqlənmiş halların sayı artdıqca, ölüm halları da artmaqda davam edir. Çərşənbə günü Britaniyada bu günə qədər ən çox, bir gündə 938 nəfərin öldüyü bildirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG