Accessibility links

Britaniya Rusiya və Səudiyyə Ərəbistanı fərdlərinə ilk Maqnitski sanksiyaları tətbiq edib


Britaniya Rusiya və Səudiyyə Ərəbistanı fərdlərinə ilk Maqnitski sanksiyaları tətbiq edib
please wait

No media source currently available

0:00 0:02:26 0:00

Britaniya Çində insan haqlarına riayət etməyənlərə qarşı sanksiyaların tətbiqinə dair artan təzyiqlər altındadır. Belə bir ölçü Rusiya və Səudiyyə Ərəsbistnının onlarla fərdinə qarşı irəli sürülüb. Maqnitski sanksiyaları adlandırılan bu ölçü 2009-cu ildə öldürülən rus vəkil Sergey Maqnitskinin dostları və ailəsi tərəfindən bir il davam edən təbliğat işlərindən sonra bazar ertəsi günü elan edilib.

Sergey Magnitski Rusiyada hökumətin korrupsiya hallarını araşdıran vəkil olub. O, 2009-cu ildə həbsxanada dünyasını dəyişib. Bədənində işgəncə izləri olan Maqnitskinin ölümü ilə bağlı heç kim məsuliyyətə cəlb edilməyib.

İllərdən sonra onun müştərisi Bill Brauder Maqnistskinin ölümündə əli olanlara qarşı sanksiyaların tətbiqinə ilə bağlı hökumətlərlə mübarizə aparıb.

Kampaniya Britaniyanın ilk sanksiya hədəflərini açıqlaması ilə dönüş nöqtəsinə səbəb olub.

“Əlləri qanlı olanlar, işgəncə verənlər, diktatorların silahdaşıyanları Kral küçəsində əmlak almaq, Milad alış-verişlərini Knightsbridgdə etmək, çirkli pulları yumaq üçün Britaniya bankları və maliyyə təsisatlarından istifadə edə bilməyəcəklər” - deyə, Britaniyanın xarici işlər naziri Dominik Raab bildirib.

Maqninskinin ölümü ilə əlaqəsi olduğundan şübhələnilən 25 rusiyalının bank hesabları dondurulub, Rusiyanın Kəşfiyyat Komitəsinin direktorları da daxil edilməklə, onların səyahətlərinə qadağa tətbiq edilib. Bunlar arasında prezident Putinə birbaşa hesabat verənlər, Baş Prokurorluq işçiləri və hakimlər yer alır.

Rusiya İntepoldan Bill Brauderin həbsini istəyib. O, 7 dəfə vergilərdən boyun qaçırmada ittiham edilib. Brauder isə bu ittihamların əsassız olduğunu deyərək, kampaniyasının uğurunu buna dəlil göstərib.

“Putin pula insan həyatından daha çox dəyər verir. Biz onun pullarını əlindən almaq üçün bir mexanizm yaratdıq. Bu, bağışlanılmaz bir haldır” - deyə, Hermitage Capital Management-in icraçı direktoru Bill Brauder bildirib.

Britaniya bundan əlavə səudiyyəlilərə də amerikalı jurnalist Camal Xaşuqçinin qətlinə görə sanksiyalar tətbiq edib. Gələcək hədəflər isə Myanma və Şimali Koreyadır.

Britaniyanın bəzi qanunverivciləri bu siyahıya Honq Konqun baş idarəçisi Karri Lamın da adının salınmasına çağırıb.

“Çin insan haqları pozuntularına görə əsas nümunədir. Onlar uyğurlara qarşı münasibətlərinə görə, Honq Konqda etdiklərinə görə cəzalandırılmalıdır” - deyə, Bill Brauder əlavə edib.

ABŞ-da Maqnitski qanunvericiliyi qüvvədədir. Hazırda Avropa İttifaqı öz variantı üzərində işləyir.

Dünyaya Baxış

Dünyaya Baxış.Trampın andiçmə mərasimi soyuq hava səbəbindən qapalı yerdə keçiriləcək
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG