Accessibility links

Londonda silahlı toqquşma terror aksiyası kimi qiymətləndirilir [Video]


Bir neçə saat öncə Britaniya Parlamenti yaxınlığında silahlı toqquşma baş verib.

London polisi bildirir ki, daha ətraflı məlumatlar əldə edənə qədər, bu hadisə terror hücümu kimi dəyərləndiriləcək. Polis təhlükənin hələ sovuşmadığını və sakinlərin ətraf küçələrdən uzaq durmalı olduğunu bildirib.

Rəsmilər məlumat verirlər ki, şübhəli şəxs polis tərəfindən güllələnmədən öncə polis zabitini bıçaqlayıb.

Britaniya Nümayəndələr Palatasının rəhbəri David Lidinqtonun sözlərinə görə, parlament binası ətrafında digər zorakılıqlar haqqında məlumatlar daxil olmaqdadır. 3 nəfər ölüb, 8 nəfər yaralıdır.

Şahidlər Vestminster körpüsü yaxınlığında qanaxması olan iki yaralı görüb. Polis həmin ərazidə odlu silah hücumuna cavab verdiklərini bildirir.

Digər şahidlər körpünün üstündə avtomobilin bir neçə şəxsin üzərinə sürməsini gördüklərini də qeyd edib. Hadisə yerindən çəkilən fotolar körpü ətrafında bir neçə yaralının olduğunu göstərir.


Rəsmilər təsdiq edirlər ki, baş nazir Tereza Mey təhlükəsizlikdədir.

Ağ Evdən verilən məlumata görə Prezident Donald Tramp hadisə haqqında məlumatlandırılıb.

Ağ Ev prezident Trampın Britaniyanın baş naziri Tereza Meylə telefon söhbəti keçirdiyini bildirib.

Ağ Evin sözçüsü Şon Spayser ABŞ-ın bugünkü hücumu qınadığını və Britaniya polisinin çevik reaksiyasını təqdir etdiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Avstraliya ABŞ və Britaniya ilə yeni müdafiə sazişi imzalayıb
please wait

No media source currently available

0:00 0:12:53 0:00

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG