Britaniya parlamentinin üzvünün yardımçısı Rusiyaya casusluq etməkdə ittiham olunduqdan sonra deportasiya ilə üzləşir. 25 yaşlı rus qadın, Katya Zatuliveter, Nümayəndələr Palatasının Müdafiə Komitəsinin üzvü Liberal Demokrat Mayk Hənkokun yardımçısı idi. Hənkok açıqladığı bəyanatda Zatuliveterin rus casusu olması barədə ittihamı inkar edib. Millət vəkili həmin bəyanatda qadının deportasiya ilə üzləşdiyini təsdiq edib. O, Zatuliveterə qarşı ittihamlar haqda yardımçı saxlanılanadək heç nə bilmədiyini deyir. Bu növ məsələlərlə məşğul olan Britaniya Daxili İşlər İdarəsi şərh verməkdən imtina edib.