Accessibility links

Ruslar Britaniyanı Avropa İttifaqından çıxmağa həvəsləndirir [Video]


Ruslar Britaniyanı Avropa İttifaqından çıxmağa həvəsləndirir
please wait

No media source currently available

0:00 0:01:57 0:00

İyunun 23-də Britaniyada keçiriləcək referendumda seçicilər ölkənin Avropa İttifaqını tərk edib-etməməsinə səs verəcək. Rusiya “Brexit” kimi tanınan bu addımı dəstəkləyən bir neçə Avropa ölkəsindən biridir. Siyasi təhlilçilər Kremlin Britaniyanın ittifaqı tərk etməsindən sonra Avropanın Rusiyaya qarşı addımlarının zəifləyəcəyinə ümid etdiyini deyirlər.

Britaniyada Avropa Birliyini tərk etməklə bağlı debatlar getdiyi bir vaxt, Rusiya sakinləri “Brexit”i dəstəkləyir. “Mənim fikrimcə İngiltərə elə bir ölkədir ki, ona Avropa İttifaqı lazım deyil, çünki o, artıq birlik hökumətlərindən uzaqlaşıb. Ora ittifaq üzvü olmadan da gözəl bir dövlət olacaq” deyə, Moskva sakini Marina Karpova bildirir.

Rusiyalılar Kremlin təbliğatını təkrar edərək, Britaniytanın səsvermə olmadan da Rusiyanı zəiflətmək istədiyini deyirlər. Moskva sakini Nadejda Stepanova: “İngiltərə Avropa Birlyini tərk etsə belə, onun birliklə əlaqələri möhkəm olacaq. Onun fikri Rusiyaya zərər verməkdir.”

Kreml isə anti-Avropa İttifaqı sentimentlərini təşviq edir və Rusiyaya rəğbət bəsləyən Avropa siyasətçilərini dəstəkləyir. Karnegi İnstitutunun Moskva Mərkəzindən Aleksandr Baunov: “Kreml istəyir ki, avropalılar Rusiyanın post-Sovet məkanındakı ambisiyalarına göz yumsunlar.”

Təhlilçi Pyotr Krekonun dediyinə görə, “Brexit” Avropa Birliyinin Rusiyanın Avropada təsirlərini artırmasına qarşı olan ən güclü üzvünü itirməsidir. “Beləliklə bu, Avropa Birliyində inteqrasiya və sabitliyin pozulması deməkdir. Digər tərəfdən isə söhbət Vladimir Putinin ən böyük təndiqçisi olan Böyük Britaniyadan gedir.”

Avropa Birliyi özünün ən güclü üzvü olan Britaniyanı itirdikdən sonra Rusiyaya qarşı sanksiyalarla bağlı tərəddüdlər edə və Putinin ambisiyaları ilə razılaşa bilər.

XS
SM
MD
LG