Accessibility links

Amerikadan ilhamlanan britaniyalı gənclər leyboristlərin uğurların səbəbidir [Video]


Amerikadan ilhamlanan britaniyalı solçu gənclər leyboristlərin uğurların səbəbidir
please wait

No media source currently available

0:00 0:02:11 0:00

Ben Nobl və Ceymz Foks Braytonda, radio stansiyada çalışırlar. İşdən kənar vaxtda isə onlar Leyborist partiyasının fəallırıdır. Gənclər böyük qələbəni bayram edirlər.

Son seçkilərdə bu ərazidə yaşayan seçicilərin səslərinin 10 faizi konservativlərdən leyboristlərə keçib.

“Gənclərin məlumatsız və siyasətlə maraqlanmaması həqiqət deyil. Əslində, biz bəlkə də daha çox məlumatlıyıq. Çünki biz, xəbərləri Facebook və Twitter-dən izləyəyə bilirik.”

Leyboristlər sosial mediada rəqiblərini yerlə yeksan ediblər. Ən çox paylaşılan 100 siyasi xəbərdən yalnız beşi konservativlərə meylli idi.

Buradakı gənc fəalların əksəriyyəti Berni Sandersin 2016 ABŞ seçkiləri kampaniyasından ilhamlanıb.

“Mən heç zaman seçki kampaniyasında iştirak etməmişdim. Amma Berninin kampaniyasını, onun necə işlədiyini görəndən sonra anladım ki, mən bunu etməliyəm. Əgər uğur bundan asılıdırsa, mən kömək edə bilərəm.”

“Amerikada baş verənləri görəndən sonra burada təcililik hissi yaranıb. Orada baş verənlər çoxlarımızın xoşuna gəlməyib.”

Leybortistlər Brayton kimi universitet şəhərlərində çox popularlaşıblar. Partiyanın 12,000 dollarlıq illik təhsil haqqının ləğv etməsi vədləri tələbələr cəlb edib.

Bu seçkilər Britaniyadakı nəsil fərqliliklərini açıq nümayiş etdirdi.

Rəy sorğuları göstərir ki, yaşlı seçicilər immiqrasiya məsələləri ilə bağlı daha çox narahatdırlar.

Lakin leyboristlərin gənc dəstəkçiləri Britaniyanın gələcəyini daha aydın görürlər.

“Leyboristlər gəncləri inandıra biliblər ki, hakimiyyətə gələ bilməyə müvəffəq olacaqlar.”

Leyboristlər hələ ki, hakimiyyətə gəlməyiblər. Amma nəticələr erkən seçkilərin keçirilməsini mümkün edir. Gənclər isə bunun yeni bir imkan olacağına əmindirlər.

XS
SM
MD
LG