Accessibility links

Britaniyada seçki keçirilir


Britaniyada parlamentin aşağı palatası olan İcmalar Palatasındakı yerlər uğrunda seçki keçirilir.

Seçkinin keçirilməsinə aprel ayında baş nazir Teresa Mey çağırıb. Buna səbəb Britaniyanın Avropa İttifaqından ayrılmasına dair danışıqlardan öncə dəstəyi möhkəmləndirmək idi.

Baş nazir və Leyboristlər partiyasının lideri Ceremi Korbin erkən saatlarda səs veriblər.

Səsvermə nəticələrinin cümə günü açıqlanacağı gözlənilir.

Mey erkən seçkilərə çağıranda onun mənsub olduğu Mühafizəkarlar partiyası parlamentdə çoxluğa sahib idi, bundan əlavə partiya rəy soğrularında da öndə gedir. Son aylarda onlara dəstək azalsa da, çərşənbə axşamı aparılan sorğularda Mühafizəkarlar partiyası hələ də Leyboristlərdən öndə idi.

London və Mançesterdə 30 nəfərin ölümü ilə nəticələnən hücumlardan sonra seçkidən öncəki bir neçə həftə gündəmdəki əsas məsələ təhlükəsizlik olub.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG