Accessibility links

Britaniya: Suriyaya əlavə hücumlar planlaşdırılmır


Britaniyanın xarici işlər naziri Suriyaya əlavə hücumların planlaşdırılmadığını bəyan edib.

Gələcək hücumlarla bağlı masada heç bir variant yoxdur.

Lakin Boris Conson ölkəsi və onun müttəfiqlərinin Əsəd hökumətinin kimyəvi silahlardan istifadə etdiyi təqdirdə gələcək ölçülərin nəzərdən keçirildiyini bildirib.

"Gələcək hücumlarla bağlı masada heç bir variant yoxdur. Belə ki, Əsəd rejimi daha bir kimyəvi hücum həyata keçirmək kimi axmaqlığa yol verməyib" - deyə, Boris Conson BBC-yə deyib.

Prezident Tramp cümə gecəsi ABŞ, Fransa və Britaniya qüvvələrinin Suriya prezidenti Bəşar Əl-Əsəd rejiminə qarşı “birləşmiş əməliyyat” keçirdiklərini elan edib. Məqsəd Əsədin kimyəvi silah proqramına son qoymaq olub.

Suriya dövlət televiziyası hücumların paytaxt civarındakı Barzeh şəhərində elmi mərkəzi hədəf aldığını xəbər verib.

Suriya mediası havadan müdafiə qüvvələrinin 13 raketi vurduğunu deyir.

Ağ Evdə millətə müraciət edən Tramp Əsəd üzərindəki "davamlı təzyiqi" saxlamağa hazır olduğunu bildirib. O, Əsədin öz xalqını beynəlxalq konvensiyalarda qadağan olunmuş kimyəvi silahlarla qırmasını dayandıranadək bunu edəcəyini söyləyib.

XS
SM
MD
LG