Accessibility links

Britaniya İttifaqına daxil olan 15 ölkə oğlan xələflərin taxta sahib olmasına dair qanuna dəyişiklik edib


Britaniya İttifaqına daxil olan 15 ölkənin baş nazirləri oğlan xələflərin taxta sahib olmasına dair qanuna dəyişiklik edib. Rəsmən təsdiqlənən sənəd indi qızlara da eyni hüququ bəxş edir.

Britaniyanın baş nazir müavini Nik Kleqq qanunun yaxın zamanda qüvvəyə minəcəyini bəyan edib. Qanun şahzadə Uilyam və onun xanımı Ketrinin ilk övladına kral və ya kraliça gələcəyi vəd edir. Onların övladı şahzadə Herrini taxt növbəsində üçüncü yerə keçirəcək.

Britaniya şahzadəsi Uilyam və onun xanımı Ketrinin ilk övladlarını gözlədiyi dünən açıqlanıb. Britaniya sarayının bəyanatında Kembric hersoqu və hersogovinası kimi tanınan Uilyam və Ketrinin övladı olacağını xəbəri onların ailələri tərəfindən sevinclə qarşılandığı deyilir.

Kraliça Yelizavetanın nəvəsi olan şahzadə Uilyam atası şahzadə Çarlzdan sonra taxta sahib olmaq üçün sırada ikincidir.

Vilyam və Keyt Middlton 2011-ci ildə aprelin 29-da evləniblər. Onların televiziyada vasitəsilə yayımlanan toy mərasimini dünya ölkələrində 2 milyard insan izləyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG