Son həftələrdə baş verən terror hücumlarından sonra yaşanan şok və əzabın fonunda cümə axşamı Britaniyada keçiriləcək seçkilərdən öncə gündəmdə ən çox diqqət verilən məsələ təhlükəsizlikdir. Son hücumlardan sonra Britaniya baş naziri Teresa Mey Britaniyanın təcili olaraq yanaşmasını dəyişməli olduğunu və onlayn ekstremizmin qarşısını alacağını deyib. Amma buna baxmayaraq, Mey polis qüvvəsini azaldaraq, təhlükəsizliyi pozduğuna görə tənqid olunur.
Mən polisə və təhlükəsizlik xidmətlərinə daha çox səlahiyyət verəcəm, terrorla əlaqəli cinayətlərə görə daha uzun həbs cəzalarının tətbiq edəcəm, İnternet məsələsi ilə məşğul olacam və onlayn terrorçuların fəaliyyət göstərə bilməsinin qarşısını alacam.Teresa Mey
London mümkün təhlükələrə qarşı qorunmaq üçün bəzi tədbirlər görür. Zəif hədəflər gücləndirilir. Maşın yolları ilə körpünün üzərindəki səkilər arasına baryerlər yerləşdirilib. Bu, onları maşın hücumlarından qoruyacaq. Amma fiziki baryerdən əlavə Britaniya özünü başqa necə müdafiə edə bilər? Bu sual seçkilərə hazırlaşan ölkənin gündəminin diqqət mərkəzindədir.
“Mən polisə və təhlükəsizlik xidmətlərinə daha çox səlahiyyət verəcəm, terrorla əlaqəli cinayətlərə görə daha uzun həbs cəzalarının tətbiq edəcəm, İnternet məsələsi ilə məşğul olacam və onlayn terrorçuların fəaliyyət göstərə bilməsinin qarşısını alacam”, Mey deyib.
Hökümət YouTube kimi vebsaytlara orada yerləşdirilən materillara daha ciddi nəzarət etmələri üçün təzyiq göstərir. İctimai fəallar isə bunu alqışlayır.
“Valideyinlər olaraq biz uşaqlarımızın nə etdiyini bilmirik, hətta onlar bizimlə bir evdə yaşasalar belə. Ona görə də, hökümətin bizə yardım etməsini istəyirik”, deyə Londonun müsəlman icmasının fəalı Həmdi Abdullah Mohamud bildirir.
Tənqidçilər deyir ki, ekstremizmin kökləri İslamın daxilindəki ideologiyalara əsaslanır və bu ideologiyalara qarşı gəlmək lazımdır.
“Biz düşünürük ki, bu məsələ ətrafında kifayət qədər müzakirələr olmur. Bir çox solçu qrup siyasi baxımdan düzgün qala bilmək üçün məsələ ilə bağlı açıq şəkildə danışmaqdan yayınır”, Henri Cakson İcmasından Yuliya Ruşçenko bildirir.
London Körpüsünə hücum edən şəxslərin üçü də Londonun şərqində yerləşən Barkinq və Dagenham məhəllələrindən olub. Müsəlman liderləri hücumçuların onların dini ilə hər hansı əlaqələrinin olduğunu qəti sürətdə rədd edir.
“Biz sülhü təbliğ edirik. İnsanlardan gözlədiyimiz də sülh və tolerantlıqdır. Biz “Qarşısını Al” strategiyasına əməl edirik. Biz icmamızda baş verənləri izləyirik və bu məsələlərdən mümkün dərəcədə uzaq durmağa çalışırıq”, deyə Dagenham Mərkəzi Məscidinin nümayəndəsi bildirib.
Hökümətin “Qarşısını Al” strategiyası icmaların ekstremist düşüncələrini dilə gətirən şəxsləri şikayət etməyə təşviq etmək məqsədi daşıyır.
London Körpüsünə hücum edənlərdən biri – Xuram Şazad Batla- bağlı dövlət orqanlarına iki dəfə şikayət edilib. O, cihadla bağlı çəkilən sənədli filmdə yer alıb və həbsdə olan nifrət təşfiqatçısı Ancem Çudarinin tərəfdarı olub.
Biz sülhü təbliğ edirik. İnsanlardan gözlədiyimiz də sülh və tolerantlıqdır. Biz “Qarşısını Al” strategiyasına əməl edirik. Biz icmamızda baş verənləri izləyirik və bu məsələlərdən mümkün dərəcədə uzaq durmağa çalışırıq.
Hökümət təhlükəsizlik sahəsindəki nöqsanlarla bağlı təhqiqat başlatmaq istəyir . Müxalifət liderləri isə buna görə hökümətin polis qüvvələrinin sayının azaltmasını günahlandırır.
“Polis qüvəllərinin sayı Teresa Meyin başçılığı altında azalmağa davam edirdi”, deyə Liberal Demokratlar partiyasının lideri Tim Farron bildirib.
Terror hücumlarından sonra cümə axşamı keçiriləcək seçkilər aktuallıq qazanıb. Əsas diqqət bundan sonra hücumların qarşısnı almağa yönəldilib. Seçkidə qalib gələni isə böyük çətinliklər gözləyir.