Accessibility links

Toni Bleyer siyasətə qayıda biləcəyinə işarə edir


Sabiq Britaniya baş naziri Toni Bleyer
Sabiq Britaniya baş naziri Toni Bleyer

Ötən il Britaniyanın Brexit referendumu ölkənin Avropa İttifaqı ilə münasibətlərinə dair uzun sürən müzakirələrinin bitməsi ilə nəticələnməli idi. Lakin, britaniyalı siyasətçilər üçün gələn ay keçiriləcək parlament seçkilərinin bu həftə başlanan kampaniyasında Avropa İttifaqına üzvlük məsələsi əsas müzakirə mövzusu olmaqda davam edir.

Avropa İttifaqı tərafdarı, sabiq Leyborist baş nazir Toni Bleyer dramatik şəkildə yenidən siyasətə qayıdır. O bildirib ki, iyun ayında keçiriləcək ümummilli seçkilərdə Avropadan tamam ayrılmaq istəyən ifrat sağçı mühafizəkarların qarşısını almaq üçün partiya tərəfdarları taktiki gediş etməlidirlər.

Hazırda 17 səs çoxluğuna malik mühafizəkarların Nümayəndələr Palatasındakı indiki üstünlüklərini daha da artıracağı gözlənilir.

Hərçənd ki, Britaniyanın ən uzun dönəmli leyborist baş naziri taktiki səsverməni açıq şəkildə dəstəkləməyib, o, iddia edir ki, indi ənənəvi partiya loyallığına uyğun səsvermənin vaxtı deyil. Bleyer özünün də seçkilərdə iştirak edə biləcəyinə işarə edib.

Bleyerin sözlərinə görə, seçicilər namizədlərin Brexitlə bağlı mövqelərini nəzərdən keçirməli və onların mənsub olduqları partiyadan asılı olmayaraq buna uyğun səs verməlidirlər. O, bununla Avropa blokundan çıxmaqla bağlı olan müzakirələrdə mühafizəkarların baş naziri Tereza Meyin əl-qolunu bağlamaq istəyir.

Ötən həftə aparılan seçkiöncəsi sorğular göstərir ki, seçkinin nəticəsini əvvəldən təxmin etmək çətindir.

"Brexit" Britaniya siyasətinin başlıca debat mövzusu olaraq qalır.
"Brexit" Britaniya siyasətinin başlıca debat mövzusu olaraq qalır.

Leyborist qanunvericilər tərəfindən xeyli sayda etirazlara məruz qalan ultra-solçu Ceremi Korbin partiyadaxili qiyamlarla üzləşdiyi bir halda, mühafizəkarların qələbə şansı kifayət qədər parlaq görünür. Hazırda 17 səs çoxluğuna malik mühafizəkarların Nümayəndələr Palatasındakı indiki üstünlüklərini daha da artıracağı gözlənilir.

Bəzi rəy sorğuları göstərir ki, Leyboristlər Partiyası Nümayəndələr Palatasında 1935-ci ildən bəri ilk dəfə ən az nümayəndə ilə təmsil oluna bilər. Böyük Depressiya dövründə partiyadaxili ixtilaflar üzündən leyboristlər mümkün 600 yerdən yalnız 154-nə sahib ola bilmişdilər.

XS
SM
MD
LG