Accessibility links

Britaniya parlametinin spikeri Trampın parlament qarşısında çıxışının əleyhinədir


Britaniya parlamentinin aşağı palatasının spikeri ABŞ prezidenti Donald Trampın bu il Brianiyaya səfəri zamanı parlament qarşısında çıxış etməsinin “qəti ələyhinə” olduğunu deyir.

Bazar ertəsi Con Berkov Britaniya parlamentində nitq söyləməyin “avtomatik haqq deyil, qazanılmış bir şərəf” olduğunu deyib.

Berkov deyib ki, o, hətta Trampın yeddi müsəlman ölkəsindən immiqrasiyaya qarşı tətbiq etdiyi müvəqqəti qadağadan öncə də, onun parlament qarşısında çıxışına etiraz edərdi.

Britaniyanın baş naziri Tereza Mey ötən ay Ağ Evə səfəri zamanı Trampı Britaniyaya dəvət edib.

Böyük Britaniya İcmalar Palatasının spikeri hər hansı bir şəxsin parlamentdə çıxış etməsi üçün təsdiqinə ehtiyac olan bir neçə adamdan biridir. Prezident Trampın hələ ki, parlamentdə çıxışı planlaşdırılmayıb, lakin sabiq prezident Barak Obama da daxil olmaqla, daha öncə dövlət başçıları Britaniyaya səfəri zamanı bunu edib.

1,8 milyondan çox Britaniya vətəndaşı nazirləri Trampın ziyarətini təxirə salmağa çağıran petisiya imzalayıb. Lakin, Trampın ziyarətini dəstəkləyən petisiyanı imzalayanların sayı da artır və petisiya artıq 250 min imza toplayıb.

Qanunvericilərin bu məsələni cari ayın axırı müzakirə edəcəkləri gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG