Accessibility links

Britaniya rəsmiləri Trampı tənqid edib


Londonun meri ABŞ prezidenti Donald Trampın bu ölkəyə planlaşdırılan səfərini təxirə salmağa çağırıb. Səbəb Trampın Twitter-də Britaniyanın ifrat-sağçı qrupu haqda yazdıqlarının böyük səs-küy doğurmasıdır.

Sadiq Xan deyib ki, Tramp “rəzil, ekstremist qrupu” təbliğ edib və onun Britaniyaya rəsmi səfəri “qəbul edilməməlidir”.

ABŞ prezidenti 3 anti-müsəlman motivli videonu Twitter səhifəsindəki şəxsi @realdonaldtrump hesabında paylaşıb.

Bu postu ilk olaraq Britaniyanın ifrat sağçı “Əvvəlcə Britaniya” partiyası sədrinin müavini Jayda Fransen paylaşıb. Onun Twitter-də 52 mindən çox davamçısı var.

Videoların üzərində bu sözlər yazılıb: “Islamçı qanqster yeniyetmə oğlanı ölənədək döyür”, “Müsəlmanlar Məryəm ananın heykəlini dağıdır” və "Müsəlman miqrant qoltuq ağacında olan holland oğlanı döyür”

Fransen ABŞ prezidentinə videoları paylaşdığına görə təşəkkürünü bildirib.

44 milyon izləyicisi olan Tramp videoların izlənmə sayını kəskin şəkildə artırıb. “Tramp, Allah sizi qorusun! Allah Amerikanı qorusun,” deyə Fransen yazıb.

Amerika-İslam Əlaqələri Şurası Trampın əməlini Amerika müsəlmanlarına qarşı zorakılıqların təbliği kimi qiymətləndirib.

Xan Trampı bu videoları yaymaqla Britaniya ilə Birləşmiş Ştatların “xüsusi münasibət”inə xəyanət etməkdə günahlandırıb.

Xdan başqa Britaniyanın bəzi siyasətçiləri də bu səfərin təxirə salınmasına çağırıb.

Müxalifətdə olan Liberal Demokrat partiyanın lideri Vins Keybl deyib ki, partiyası baş nazir Tereza meyi Trampa dəvətnaməni ləğv etməyə çağıran onlayn petisiyanı dəstəkləyir.

Meyin sözçüsü ABŞ prezidentinin videoları yaymaqla yanlış hərəkət etdiyini deyəndən sonra Tramp buna sərt reaksiya verib.

“Tereza, mənə deyil, diqqətinizi Birləşmiş Krallıqda yer alan dağıdıcı Radikal İslamçı Terrorçuluğa yönəldin”, - Tramp Twitter-də yazıb.

İordaniyada səfərdə olan Mey deyib ki, anti-islam, anti-mühacirət qrupu Britaniyanın ləyaqətinə zidd olaraq, nifrət yayan təşkilatdır.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG