Accessibility links

Britaniyanın Vatic şirkəti seliyə əsaslanan COVID testi hazırlayır


Britaniyanın Vatic şirkəti COVID-19-a səbəb olan koronavirusun insandan insana keçə biləcək qədər yoluxucu olub-olmadığını müəyyən etmək üçün seliyə əsaslanan asan bir nest hazırladığını bildirib.

Vatic şirkəti testin "son dərəcə dəqiq" olduğunu və heç bir yanlış nəticə vermədiyini bəyan edib.

"Bu, həyatı normal vəziyyətə gətirmək üçün çox vacibdir"- deyə, şirkət bildirib.

Vatic "missiyasının insanların həftədə bir neçə dəfə istifadə etməkdən çəkinməyəcəkləri bir test hazırlamaq olduğunu" deyir.

Şirkətdən verilən məlumata görə, testlərin nəticələri 15 dəqiqə ərzində əldə ediləcək. Test daha çox sınaqlardan keçdiyi üçün hələ ictimaiyyət üçün əlçatan deyil, lakin Vatic onun birbaşa xalqa satılması üçün təsdiq əldə etməyə çalışır.

The Economist yazır ki, 2020-ci ildə COVID ömür uzunluğunun davamlı artımına birdən-birə son qoyub.

İngiltərə, Danimarka və Almaniya tədqiqatçıları 2019-2020 -ci illər arasında araşdırılan 28 ölkədən ikisindən başqa hamısında ömrün azaldığını bildirib.

Danimarka, Norveç və Finlandiyada qadınlar arasında orta ömür artıb. Eyni zamanda, kişi ömrü İtaliya, Polşa və İspaniyada bir ildən çox, ABŞ-da isə iki ildən çox azalıb.

The Economist-dəki başqa bir məqalədə deyirlir ki, ABŞ-da COVID-dən ölüm halları peyvənd tərəddüdünə və digər amillərə görə "zəngin dünyanın qalan hissəsindən təxminən səkkiz dəfə çoxdur.

Cons Hopkins Koronavirus Resurs Mərkəzi bazar günü bildirib ki, qlobal miqyasda 234.6 milyon COVID infeksiyası və təxminən 5 milyon ölüm hadisəsi qeydə alınıb.

XS
SM
MD
LG